Gündəm
Oturduğunuz maşınlarda cərimələnə bilərsiz
Baş Dövlət Yol Polisi İdarəsi sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə cərimələnməsi məsələsinə aydınlıq gətirib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu məsələ qanunla tənzimlənir: "Fərqi yoxdur, avtomobilin ön və ya arxa oturacağında əyləşsin, əgər nəqliyyat vasitəsinin konstruksiyasında təhlükəsizlik kəməri varsa, həmin şəxs o kəmərdən istifadə etməlidir. İstər sürücü olsun, istərsə də sərnişin. Sürücünün öz məsuliyyəti var, sərnişinin də kəmər bağlamadan getdiyinə görə öz məsuliyyəti var. Bu məsələ ilə bağlı heç bir yenilik yoxdur. Sadəcə bütün analiz və təhlillər göstərir ki, qəzalarda ən çox zərər çəkənlər - xəsarət alanlar və ya ölənlər sərnişinlər olur. Əksər hallarda yol qəzasında avtomobilin arxa tərəfinin o qədər də əzilmədiyini görürsən, amma oradakı sərnişin həyatını itirir. Niyə? Çünki zərbə zamanı arxada əyləşmiş insan önə çırpılır. Ön tərəfdə əyləşmiş sərnişin kəmər taxmayıbsa, daha pis nəticələnir".
Dünyada nadir hallarda rast gəlinən 5 mindən çox xəstəlik var
Fevralın 22-də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 29 fevral Beynəlxalq Nadir Xəstəliklərlə Mübarizə Gününə həsr edilmiş tədbir keçirilib. Səhiyyə Nazirliyindən “Olaylar”a bildirildiyinə görə, tədbirdə qeyd edilib ki, bu gün 2008-ci ildən nadir xəstəliklərin araşdırılması ilə məşğul olan “EURORDIS” təşkilatının təşəbbüsü ilə keçirilir.
İsveçrə şirkəti ilə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib
Fevralın 22-də “Azərbaycan Dəmir Yolları” QSC-də İsveçrədə yerləşən “InterRail Holding AG” şirkətinin Direktorlar Şurasının sədri Hans Volter Reynhardın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
83 yaşlı qadın 3-cü mərtəbədən yıxılıb
Fevralın 21-də Yasamal rayonu ərazisində yaşayan 83 yaşlı Zemfira Hacızalova ehtiyatsızlığı nəticəsində evinin eyvanından (3-cü mərtəbə) yıxılıb. “Olaylar” Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən Z.Hacızalova orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Qış çempionatı keçiriləcək
Fevral ayının 23-25 tarixlərində “Üzgüçülük İdman Növü üzrə Azərbaycan Qış çempionatı” keçiriləcək.GİN-dən “OLAYLAR” verilən məlumata görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Su İdmanı sarayının təşkilatçılığı ilə keçiriləcək çempionatın təşkil olunmasında əsas məqsəd üzgüçülüyün təbliğ edilməsi, onun kütləviliyinə və inkişafına nail olmaqdır. Həmçinin 2017-ci il üçün Beynəlxalq yarışda, həmçinin 4-cü İslam Həmrəylik Oyunlarında iştirak edəcək komandanın tərkibinin təyin olunmasıdır. Qeyd edək ki, Üzgüçülük İdman Növü üzrə Azərbaycan Qış çempionatının açılış mərasimi 23 fevral saat 17:00-da Su İdmanı sarayında baş tutacaq.
Yardımlının bir fotoya görə məşhurlaşan MÜƏLLİMİNƏ BÖYÜK SÜRPRİZ
"Aztelekom" MMC son zamanlar sosial mediada nəcib əməli ilə müzakirə olunan Yardımlı rayon Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhərrəmovu kompüter dəsti və sürətli, pulsuz internetlə təmin edib.
83 yaşlı qadın 3-cü mərtəbədən yıxılıb
Fevralın 21-də Yasamal rayonu ərazisində yaşayan 83 yaşlı Zemfira Hacızalova ehtiyatsızlığı nəticəsində evinin eyvanından (3-cü mərtəbə) yıxılıb. “Olaylar” Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən Z.Hacızalova orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Aksiz markası olmayan xeyli sayda siqaret aşkar edilb
Gəncə Gömrük İdarəsinə aksiz markasız siqaretlərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, həmin məlumat əsasında, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib. Əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşının idarə etdiyi “Hyundai Tucson” markalı minik avtomobili Gəncə şəhərinin Kəpəz rayonu, Dədə-Qorqud küçəsində saxlanılıb. Avtomobilə baxış zamanı Azərbaycan Respublikasının aksizi ilə markalanmamış 20.000 ədəd “Dubao RED” adlı siqaret aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Ölkələrin ərazi bütövlüyü vacib məsələdir
Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüblər. MM-dən verilən məlumata görə, Görüşdə Avropa Şurası çərçivəsində ukraynalı həmkarlarla birgə fəaliyyətdən danışan Səməd Seyidov vurğulayıb ki, dövlət səviyyəsində hər iki ölkədə Azərbaycanın və Ukraynanın ərazi bütövlüyü dəstəkləndiyi kimi, beynəlxalq təşkilatlarda da bu ölkələrin nümayəndələrinin həm Azərbaycanın, həm də Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi vacib məsələdir.
Türkiyədə Xocalı soyqırımı anılacaq
Milli Məclisin deputatı Məlahət İbrahimqızı fevralın 23-də Türkiyənin İzmit şəhərinə səfərə gedəcək. Milli Məclisdən verilən məlumata görə, millət vəkili İzmit Bələdiyyəsinin təşkilatçılığı ilə keçiriləcək Xocalı şəhidlərinin anma mərasimində iştirak edəcək. Tədbirdə Xocalı şəhərində erməni silahlıları tərəfindən azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş qətliam, bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan addımlar barədə məlumat veriləcək, faciə qurbanlarının xatirəsi anılacaq. Toplantı iştirakçılarına bu qanlı hadisəni əks etdirən sənədlər nümayiş etdiriləcək. Səfər fevralın 26-da başa çatacaq.
Əflatun Amaşov Brüsselə gedəcək
Milli Məclisin deputatı Əflatun Amaşov Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbirə qatılmaq üçün fevralın 22-dən 26-dək Belçikanın paytaxtı Brüsseldə səfərdə olacaq. Bu barədə MM-dən verilən məlumata görə, millət vəkili Avropa Komissiyasının binası önündə keçiriləcək mitinqdə və Xocalı şəhidlərinin anım mərasimlərində iştirak edəcək. Yiğıncaqlarda Xocalı şəhərində amansızcasına qətlə yetirilmiş dinc azərbaycanlı əhalinin xatirəsi anılacaq, erməni silahlı qüvvələri tərəfindən burada törədilmiş qanlı aksiya barədə tarixi faktlar təqdim ediləcək. Toplantıda Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində həyata keçirilən layihələr barədə məlumat veriləcək. Səfər çərçivəsində Əflatun Amaşovun Belçika parlamentinin üzvləri ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur.
YUNİSEF-in nümayəndə heyəti Təhsil Nazirliyində olub
Təhsil Nazirliyində YUNİSEF-in nümayəndə heyəti ilə görüş keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin, Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, YUNİSEF-in ekspertləri iştirak edib. Təhsil nazirinin müavini Firudin Qurbanov son dövrlərdə təhsil sahəsində aparılan islahatlardan və inklüziv təhsillə bağlı görülən işlərdən danışıb.
Bu təyinatın Azərbaycan xalqına daha çox töhfələr verəcəyinə inanırıq
“Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin millət vəkili YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, H.Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın I vitse-prezidenti vəzifəsinə təyin etməsini Azərbaycan diasporu sevinclə qarşıladı . Bu sevindirici xəbəri Azərbaycan diasporu çoxdan gözləyirdi” . Bu fikirləri “OLAYLAR”-a diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili səsləndirib.
Rusiya V Qlobal Bakı Forumunda iki nüfuzlu siyasətçi ilə təmsil olunacaq
Rusiya Federasiyasının sabiq dövlət katibi, baş nazirin müavini Gennadiy Burbulis və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, xarici işlər nazirinin keçmiş müavini Vyaçeslav Trubnikov V Qlobal Bakı Forumunda iştirak edəcək. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İşl üzrə Dvlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunmuş forumun “Baltik-Qara dəniz Təhlükəsizlik İcmasının yaradılması: Fəaliyyət Planına doğru” adlı panel iclasında Gennadiy Burbulisin çıxışı nəzərdə tutulub.
IV İslam Həmrəylik Oyunlarında tibbi xidmət məqsədilə 600 nəfər könüllü cəlb olunacaq
Mayın 12-dən 22-dək ölkəmizdə keçiriləcək IV İslam Həmrəylik Oyunları zamanı tibbi xidmətin təşkili məqsədilə 600 nəfərə qədər könüllü cəlb olunacaq. Bu barədə “Olaylar”a ATU-nun mətbuat xidmətindən məlumat verib. Məlumatda bildirilir ki, İslam Oyunları Təşkilat Komitəsinin Baş tibbi məsləhətçisi Samir Zeynalovun sözlərinə görə, bütün könüllülər fevral-mart ayları ərzində müxtəlif yönümlü tibbi təlimlərə cəlb olunacaqlar.













