Dünyada nadir hallarda rast gəlinən 5 mindən çox xəstəlik var

Fevralın 22-də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 29 fevral Beynəlxalq Nadir Xəstəliklərlə Mübarizə Gününə həsr edilmiş tədbir keçirilib. Səhiyyə Nazirliyindən “Olaylar”a bildirildiyinə görə, tədbirdə qeyd edilib ki, bu gün 2008-ci ildən nadir xəstəliklərin araşdırılması ilə məşğul olan “EURORDIS” təşkilatının təşəbbüsü ilə keçirilir.

Fevralın 22-də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 29 fevral Beynəlxalq Nadir Xəstəliklərlə Mübarizə Gününə həsr edilmiş tədbir keçirilib. Səhiyyə Nazirliyindən "Olaylar"a bildirildiyinə görə, tədbirdə qeyd edilib ki, bu gün 2008-ci ildən nadir xəstəliklərin araşdırılması ilə məşğul olan "EURORDIS" təşkilatının təşəbbüsü ilə keçirilir. Həmin gün üçün fevralın 29-u tarixinin seçilməsi də təsadüfi deyil. Çünki 29 fevral gününün özü də nadirdir, yəni 4 ildən bir olur. Başqa illərdə bu günü fevralın son günündə qeyd edirlər. Hazırda dünyada nadir hallarda rast gəlinən 5 mindən çox xəstəlik var. Beynəlxalq Nadir Xəstəliklərlə Mübarizə Gününün məqsədi ictimaiyyətin diqqətini nadir xəstəliklərin öyrənilməsinə, bu xəstəliklər haqqında məlumatın və biliklərin artırılmasına yönəltmək və bu xəstəliklərin insanların həyatına təsirini araşdırmaqdır. Düzgün və vaxtında aparılan müayinə və müalicə nəticəsində belə xəstəliyə tutulanların ömrünün uzadılmasına nail olmaq mümkündür. Dəyirmi masada terapiya, pediatriya, hematologiya və onkologiyada rast gələn nadir xəstəliklər və onların müalicəsində istifadə olunan dərmanlar (orfan preparatlar) haqqında məruzələr dinlənilib, müzakirələr aparılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31