İsveçrə şirkəti ilə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

Fevralın 22-də “Azərbaycan Dəmir Yolları” QSC-də İsveçrədə yerləşən “InterRail Holding AG” şirkətinin Direktorlar Şurasının sədri Hans Volter Reynhardın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Fevralın 22-də "Azərbaycan Dəmir Yolları" QSC-də İsveçrədə yerləşən "InterRail Holding AG" şirkətinin Direktorlar Şurasının sədri Hans Volter Reynhardın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüş zamanı "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Daha sonra Astara (Azərbaycan) - Astara (İran) və Bakı-Tbilisi-Qars layihələri üzrə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb. Ölkəmizin beynəlxalq və regional layihələrin reallaşması prosesində iştirakından danışan C. Qurbanov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. Bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanıb. "InterRail Holding AG" şirkətinin Direktorlar Şurasının sədri Hans Volter Reynhard çıxış edərək hər iki layihənin reallaşması prosesində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib. Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31