Əflatun Amaşov Brüsselə gedəcək

Milli Məclisin deputatı Əflatun Amaşov Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbirə qatılmaq üçün fevralın 22-dən 26-dək Belçikanın paytaxtı Brüsseldə  səfərdə olacaq. Bu barədə MM-dən verilən məlumata görə, millət vəkili Avropa Komissiyasının binası önündə keçiriləcək mitinqdə və  Xocalı şəhidlərinin anım mərasimlərində iştirak edəcək. Yiğıncaqlarda Xocalı şəhərində amansızcasına qətlə yetirilmiş dinc  azərbaycanlı əhalinin xatirəsi anılacaq, erməni silahlı qüvvələri  tərəfindən burada törədilmiş qanlı aksiya barədə tarixi faktlar təqdim ediləcək. Toplantıda Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində həyata keçirilən layihələr barədə məlumat veriləcək.  Səfər çərçivəsində Əflatun Amaşovun Belçika parlamentinin üzvləri ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur. 

Fevralın 26-27-də isə deputatımız Niderlandın paytaxtı Amsterdamda Xocalı faciəsi ilə bağlı anım tədbirlərinə, yerli diaspor nümayəndlərinin iştirakı ilə düzənlənəcək mərasimlərə qatılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31