Ölkələrin ərazi bütövlüyü vacib məsələdir
Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüblər. MM-dən verilən məlumata görə, Görüşdə Avropa Şurası çərçivəsində ukraynalı həmkarlarla birgə fəaliyyətdən danışan Səməd Seyidov vurğulayıb ki, dövlət səviyyəsində hər iki ölkədə Azərbaycanın və Ukraynanın ərazi bütövlüyü dəstəkləndiyi kimi, beynəlxalq təşkilatlarda da bu ölkələrin nümayəndələrinin həm Azərbaycanın, həm də Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi vacib məsələdir.
22 Fevral 2017 13:34 SosialMilli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüblər. MM-dən verilən məlumata görə, Görüşdə Avropa Şurası çərçivəsində ukraynalı həmkarlarla birgə fəaliyyətdən danışan Səməd Seyidov vurğulayıb ki, dövlət səviyyəsində hər iki ölkədə Azərbaycanın və Ukraynanın ərazi bütövlüyü dəstəkləndiyi kimi, beynəlxalq təşkilatlarda da bu ölkələrin nümayəndələrinin həm Azərbaycanın, həm də Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi vacib məsələdir.
Görüşdə Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Maksim Kuryaçiy müstəqil Azərbaycan dövləti ilə diplomatik münasibətlərinin tarixindən söz açdı. Ötən il Ukrayna-Azərbaycan əlaqələrinin daha intensiv olduğunu söyləyib. Hər bir ölkənin ərazi bütövlüyü məsələsinin vacibliyini vurğulayaraq qeyd edib ki, hazırda Azərbaycan mövcud status-kvonu dəyişmək iqtidarındadır. Sonra digər qonaqlar çıxış ediblər. Söhbət zamanı hər iki ölkədəki diaspor fəaliyyətinə də toxunulub. Milli maraqların müdafiə olunması vacib sayılıb. Hazırda yalnız Avropanı deyil, bütün dünyanı bürümüş ikili standartlar məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Bu aktual problemin çözülməsi zərurəti vurğulanıb. Ukrayna deputatları qeyd ediblər ki, siyasətdə ikili standartlar, ikili mövqe dünya nizamına böyük ziyan vurur.