Bu təyinatın Azərbaycan xalqına daha çox töhfələr verəcəyinə inanırıq
“Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin millət vəkili YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, H.Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın I vitse-prezidenti vəzifəsinə təyin etməsini Azərbaycan diasporu sevinclə qarşıladı . Bu sevindirici xəbəri Azərbaycan diasporu çoxdan gözləyirdi” . Bu fikirləri “OLAYLAR”-a diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili səsləndirib.
22 Fevral 2017 13:28 Sosial"Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin millət vəkili YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, H.Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın I vitse-prezidenti vəzifəsinə təyin etməsini Azərbaycan diasporu sevinclə qarşıladı . Bu sevindirici xəbəri Azərbaycan diasporu çoxdan gözləyirdi" . Bu fikirləri "OLAYLAR"-a diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili səsləndirib. O, bildirib ki, Azərbaycan xalqının bir parçası olan diaspor nümayəndələrimiz Mehriban Əliyevanın fəaliyyəti boyunca, onun Azərbaycan və Azərbaycan xalqı, dövlətçiliyi, müstəqilliyi və diasporamızın dünyada, xarici ölkələrdə, beynəlxalq təşkilatlarda tanıdılması üçün çox böyük uğurlara imza atıb: "Fəaliyyəti dövründə M.Əliyevanın misilsiz xidmətləri olub: Mehriban Əliyeva istər 2003-ü ilədək Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, istər Respublika Gimnastika Federasiyasının prezidenti kimi, istərsə də bir sıra humanitar layihələrin həyata keçirilməsi ilə Azərbaycan xalqının ürəyində, qəlbində özünə böyük məhəbbət qazanıb. H.Əliyev Fondunun rəhbəri olduğu bir neçə il ərzində, eləcə də Milli Məclisə seçildiyi gündən həyata keçirdiyi böyük layihələrlə, genişmiqyaslı, sərhədlərə sığmayan layihələrlə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri seçildi. Onun həyata keçirdiyi layihələrin səsi Amerika, Asiya və Afrikanın ən ucqar ölkələrindən gəldi və gəlir. Eləcə də, Rusiya, Türkiyə, Gürsüstan, Pakistandanda, Mərkəzi və Şərqi Avropada çox böyük layihələri uğurla həyata keçirib. Mehriban Əliyevanın həyata keçirdiyi bu layihələrin, əlbəttə, Azərbaycan xalqının dünyada tanıdılmasında diasporumuzun inkişafı və Azərbaycan xalqının milli kimliyinin təqdimatında böyük rolu olub. Dünyada elə bir beynəlxalq təşkilat yoxdur ki, Mehriban Əliyevanın onunla yüksək səviyyədə sıx əməkdaşığı olmasın. Mehriban xanımın Azərbaycan Rüspublikasının I vitse-prezidenti təyin edilməsi Azərbaycan xalqına və dövlətinə daha çox başarılar və töhfələr verəcəyinə inanırıq"