Rusiya V Qlobal Bakı Forumunda iki nüfuzlu siyasətçi ilə təmsil olunacaq
Rusiya Federasiyasının sabiq dövlət katibi, baş nazirin müavini Gennadiy Burbulis və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, xarici işlər nazirinin keçmiş müavini Vyaçeslav Trubnikov V Qlobal Bakı Forumunda iştirak edəcək. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İşl üzrə Dvlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunmuş forumun “Baltik-Qara dəniz Təhlükəsizlik İcmasının yaradılması: Fəaliyyət Planına doğru” adlı panel iclasında Gennadiy Burbulisin çıxışı nəzərdə tutulub.
22 Fevral 2017 13:27 SiyasətRusiya Federasiyasının sabiq dövlət katibi, baş nazirin müavini Gennadiy Burbulis və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, xarici işlər nazirinin keçmiş müavini Vyaçeslav Trubnikov V Qlobal Bakı Forumunda iştirak edəcək. Bu barədə məlumat "OLAYLAR"-a Diasporla İşl üzrə Dvlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, "Xarici əlaqələrin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunmuş forumun "Baltik-Qara dəniz Təhlükəsizlik İcmasının yaradılması: Fəaliyyət Planına doğru" adlı panel iclasında Gennadiy Burbulisin çıxışı nəzərdə tutulub.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda dünyanı narahat edən qlobal məsələlər - transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu kimi məslələr müzakirə ediləcək.