Türkiyədə Xocalı soyqırımı anılacaq

Milli Məclisin deputatı Məlahət İbrahimqızı fevralın 23-də Türkiyənin İzmit şəhərinə  səfərə gedəcək. Milli Məclisdən verilən məlumata görə, millət vəkili İzmit Bələdiyyəsinin təşkilatçılığı ilə keçiriləcək Xocalı şəhidlərinin anma mərasimində iştirak edəcək.  Tədbirdə Xocalı şəhərində erməni silahlıları tərəfindən azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş qətliam, bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan addımlar barədə  məlumat veriləcək, faciə qurbanlarının xatirəsi anılacaq. Toplantı iştirakçılarına bu qanlı hadisəni əks etdirən sənədlər nümayiş etdiriləcək. Səfər fevralın 26-da başa çatacaq.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı fevralın 23-də Türkiyənin İzmit şəhərinə  səfərə gedəcək. Milli Məclisdən verilən məlumata görə, millət vəkili İzmit Bələdiyyəsinin təşkilatçılığı ilə keçiriləcək Xocalı şəhidlərinin anma mərasimində iştirak edəcək. 
Tədbirdə Xocalı şəhərində erməni silahlıları tərəfindən azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş qətliam, bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan addımlar barədə  məlumat veriləcək, faciə qurbanlarının xatirəsi anılacaq. Toplantı iştirakçılarına bu qanlı hadisəni əks etdirən sənədlər nümayiş etdiriləcək. Səfər fevralın 26-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31