Gündəm

Mehriban Əliyevanın vitse-prezident təyin olunması ən uğurli seçimdir

22 Fevral 2017 14:42

Azərbaycan  tarixində kifayət qədər diplomat qadınlar olub ki, məhz onların siyasi fəaliyyəti nəticəsində dövlət müstəqilliyini qoruyub saxlamaqla yanaşı, ciddi uğurlara imza atıb. Müasir qlobal beynəlxalq şəraitdə, ziddiyyətlərin kəsişdiyi, münaqişələrin tüğyan etdiyi bir məqamda isə dövlətin və millətin maraqların müdafiə olunması elə də asan məslə deyil. Lakin, etiraf edilməlidir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nəinki beynəlxalq aləmdə Azərbaycanın dövlət maraqlarını müdafiə etməyi, hətta milli və dövlət mənafelərini təbliğ etməyi bacardı. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Heydər Əliyev Fondunun  prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri  kimi çoxşaxəli fəaliyyəti, onun bilavasitə rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən layihələr, həmçinin fəal parlament fəaliyyəti istər ölkə daxilində, istərsə də xaricdə böyük rəğbət qazandığı heç kimə sirr deyil.

Bakı atəş çəmbərində ?!

22 Fevral 2017 14:40

İndiyə qədər Molotov-Ribbentop Paktı ilə əlaqədar çox yazı yazılıb, məqalə və kitablar dərc edilib. Yazımızda bu razılaşma səbəbindən vətənimiz və paytaxtımız Bakının böyük dövlətlərin hədəfinə çevirilmə tarixini işıqlandırmağa cəhd edəcəyik.

Aqil Əliyev - 90

22 Fevral 2017 14:40

Bahalı toylar qadağan edildi, 7-dən çox yemək olmaz

22 Fevral 2017 14:30

Apreldən dəbdəbəli, bahalı toyların keçirilməsinə icazə verilməyəcək. Bu qadağa Hindistanın Kəşmir və Cammu vilayətlərində qüvvəyə minəcək. Gəlin tərəfi toya 500-dən çox qonaq dəvət edə bilməyəcək. Bəy tərəfindən olanların sayı isə 400-ü keçə bilməz. 

Türkiyə Silahlı Qüvvələrində baş örtüyü qadağası ləğv olunub

22 Fevral 2017 14:26

Türkiyə Silahlı Qüvvələrində xidmət edən qadınlar üçün nəzərdə tutulan baş örtüyü qadağası aradan qaldırılıb. Türkiyə Ordusunda xidmət edən qadın zabit və gizirlər bundan sonra başlarını örtə biləcəklər. 

Deyirlər qar yağacaq- XƏBƏRDARLIQ

22 Fevral 2017 14:19

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Akif Çovdarovun vəkilləri zərərçəkmiş şəxs barədə KİV-də gedən yazıları məhkəməyə təqdim ediblər

22 Fevral 2017 14:15

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Fəttah Heydərov: "Beynəlxalq aləm təvavüzkara sözünü deməlidir"

22 Fevral 2017 14:13

"İşçi qrupu tərəfindən hələ ki, ilkin hesablamalara görə Azərbaycan işğaldan 800 min milyard dollar maddi zərər çəkib". Bunu "Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar" mövzusunda keçirilən beynəlxalq konfransda Milli Məclisin üzvü, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov deyib. O bildirib ki, bu insan əli ilə yaradılan mülklərin dağıdılması nəticəsində dəyən zərərdir: "Bununla yanaşı Azərbaycan xalqına çox böyük mənəvi zərər dəyib.

İlk milli Naviqasiya Sisteminin təqdimatı keçiriləcək

22 Fevral 2017 14:11

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 23 fevral tarixində “AzNav” ölkənin ilk milli Naviqasiya Sistemini İctimaiyyətə Təqdimatı keçiriləcək. Komitədən “Olaylar”a verilən məlumata görə, tədbirdə müasir texnologiyaların tətbiqi ilə hazırlanmış Naviqasiya Sisteminin prezentasiyası və canlı rejimdə fəaliyyəti nümayiş etdiriləcək.

Belarusda "Azərbaycan Ticarət Evi" qeydiyyata alındı

22 Fevral 2017 14:09

Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, xarici bazarların araşdırılması, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi sahəsində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirlərinin davamı olaraq, Belarus Respublikasının paytaxtı Minsk şəhərində ilk "Azərbaycan Ticarət Evi"nin təşkili işləri davam etdirilir. Ticarət Evinin idarəolunması məqsədi ilə artıq Belarusda "Azərbaycan Ticarət Evi" MMC yaradılıb və 20 fevral 2017-ci il tarixində Minsk Şəhər İcraiyyə Komitəsi tərəfindən qeydiyyata alınıb.

Türkiyə XİN: "Ermənistan hər yerdə məğlub olur və bu məğlubiyyətlər davam edəcək"

22 Fevral 2017 14:07

"Ermənistan hər yerdə məğlub olur və bu məğlubiyyətlər davam edəcək". Bunu Ankarada Türkiyənun xarici işlər naziri Mövlud Çavuşoğlu "Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorçuluq" mövzusunda beynəlxalq konfrans zamanı deyib. Nazir bildirib ki, Türkiyə və Azərbaycan Xocalı faciəsinin təbliğatını birgə aparmaqda davam edəcək. M.Çavuşoğlu Türkiyənin Xocalı hadisələrini heç vaxt unutmayacağını deyib: "Xocalı reallıqdır. Bu, 25 il əvvəl bütün dünyanın gözü qarşısında baş verib. Ermənistan isə həqiqəti qəbul etmək istəmir". Nazir həmçinin qeyd edib ki, uzun illərdir Türkiyə Ermənistanın 1915-ci il hadisələri ilə bağlı böhtanları ilə mübarizə aparır.

Azərbaycanda zəlzələ oldu

22 Fevral 2017 14:05

Qobustanda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ saat 13:03:03-də Qobustan ərazisində qeydə alınıb. Zəlzələnin dərinliyi 43 km, maqnitudası 3,5 olub. Zəlzələ hiss olunmayıb.

Antarktidanın dərinliklərində gizlənənlər üzə çıxdı - ALİMLƏR ŞOKDA - VİDEO

22 Fevral 2017 14:03

Alimlərin Antarktidadakı kəşfi özlərini belə dəhşətə gətirib.  Antarktidada Tueyts buzlağının altında dörd buzaltı göl aşkar edilib. Avropa Kosmik Agentliyi (ESA) bildirib ki, göllərin ortaya çıxmasında "CryoSat" agentliyinin peyki xüsusi rol oynayıb. 

Azərbaycanda olan Türkiyə vətəndaşları vaxtından əvvəl səs verəcəklər

22 Fevral 2017 13:58

"Türkiyədə aprelın 16-da keçirilməsi nəzərdə tutulan referendumla bağlı Azərbaycanda olan Türkiyə vətəndaşlarının səsverməsi aprelin 9-a qədər tamamlanacaq". Bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.