İlk milli Naviqasiya Sisteminin təqdimatı keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 23 fevral tarixində “AzNav” ölkənin ilk milli Naviqasiya Sistemini İctimaiyyətə Təqdimatı keçiriləcək. Komitədən “Olaylar”a verilən məlumata görə, tədbirdə müasir texnologiyaların tətbiqi ilə hazırlanmış Naviqasiya Sisteminin prezentasiyası və canlı rejimdə fəaliyyəti nümayiş etdiriləcək.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 23 fevral tarixində "AzNav" ölkənin ilk milli Naviqasiya Sistemini İctimaiyyətə Təqdimatı keçiriləcək. Komitədən "Olaylar"a verilən məlumata görə, tədbirdə müasir texnologiyaların tətbiqi ilə hazırlanmış Naviqasiya Sisteminin prezentasiyası və canlı rejimdə fəaliyyəti nümayiş etdiriləcək. Təqdimatda Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi, Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirinin müavini, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Bakı Şəhər İcra hakimiyyəti, "Azəravtoyol" ASC, Bakı Nəqliyyat Agentliyi, "BakuBus" MMC-nin, habelə ölkədə fəaliyyət göstərən naviqasiya, yükdaşıma və taksi xidmətləri, turizm şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31