Mehriban Əliyevanın vitse-prezident təyin olunması ən uğurli seçimdir

Azərbaycan  tarixində kifayət qədər diplomat qadınlar olub ki, məhz onların siyasi fəaliyyəti nəticəsində dövlət müstəqilliyini qoruyub saxlamaqla yanaşı, ciddi uğurlara imza atıb. Müasir qlobal beynəlxalq şəraitdə, ziddiyyətlərin kəsişdiyi, münaqişələrin tüğyan etdiyi bir məqamda isə dövlətin və millətin maraqların müdafiə olunması elə də asan məslə deyil. Lakin, etiraf edilməlidir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nəinki beynəlxalq aləmdə Azərbaycanın dövlət maraqlarını müdafiə etməyi, hətta milli və dövlət mənafelərini təbliğ etməyi bacardı. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Heydər Əliyev Fondunun  prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri  kimi çoxşaxəli fəaliyyəti, onun bilavasitə rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən layihələr, həmçinin fəal parlament fəaliyyəti istər ölkə daxilində, istərsə də xaricdə böyük rəğbət qazandığı heç kimə sirr deyil.

O, peşəkar siyasətçi və ictimai-siyasi xadim kimi qəbul olunur

Azərbaycan  tarixində kifayət qədər diplomat qadınlar olub ki, məhz onların siyasi fəaliyyəti nəticəsində dövlət müstəqilliyini qoruyub saxlamaqla yanaşı, ciddi uğurlara imza atıb. Müasir qlobal beynəlxalq şəraitdə, ziddiyyətlərin kəsişdiyi, münaqişələrin tüğyan etdiyi bir məqamda isə dövlətin və millətin maraqların müdafiə olunması elə də asan məslə deyil. Lakin, etiraf edilməlidir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nəinki beynəlxalq aləmdə Azərbaycanın dövlət maraqlarını müdafiə etməyi, hətta milli və dövlət mənafelərini təbliğ etməyi bacardı. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Heydər Əliyev Fondunun  prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri  kimi çoxşaxəli fəaliyyəti, onun bilavasitə rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən layihələr, həmçinin fəal parlament fəaliyyəti istər ölkə daxilində, istərsə də xaricdə böyük rəğbət qazandığı heç kimə sirr deyil. 1995-ci ildə təsis etdiyi Azərbaycan Mədəniyyət Fondu və 2004-cü ildən rəhbəri olduğunuz Heydər Əliyev Fondu tərəfindən ölkənin mədəni irsinin geniş şəkildə təbliğ edildiyi, ələlxüsus da Heydər Əliyev Fondunun respublikanın daxilində və xaricdə çox önəmli sosial və mədəni layihələr həyata keçirməsi bilavasitə onun adı ilə bağlıdır. Məhz belə çoxşaxəli fəaliyyət onun peşəkar siyasətçi və ictimai-siyasi xadim olduğunun bariz nümunəsidir. Bu isə deməyə əsas verir ki, Mehriban xanım Əliyevanın birinci  vitse-prezident təyin olunması təsadüfi yox, düşünülmüş və gələcəyə hesablanmış qərardır. Millət vəkili Sevinc Fətəliyeva bildirib ki, Mehriban Əliyevanın birinci  vitse-prezident təyin olunması Azərbaycan qadınının dünya miqyasında mövqeyinin daha da möhkəmlənməsi deməkdir. Onun sözlərinə görə, birincisi, referendum zamanı Azərbaycan xalqı Konstitusiyaya nəzərdə tutulan  dəyişiklikləri dəstəkləyərək islahatlara səs verdi:"Xalq Azərbaycan Prezidentinin islahatların aparılması ilə bağlı təşəbbüslərini müsbət qarşılayıb. Təbii ki,  hakimiyyətin müasir dövrün tələblərinə uyğun fəaliyyətini istəyiriksə, o zaman dövlətin idarəetmə strukturlarında müəyyən islahaltlar aparılmalı və müasir dövrün tələblərinə uyğun fəaliyyət qurulmalıdır. Ancaq islahatlar yolu ilə ölkə  yeni inkişaf mərhələsinə qədəm qoya bilər. Bu islahatların da uğurlu həyata keçirilməsi  üçün  peşəkar, bacarıqlı və uğurlu kadrlara ehtiyac var. Məhz uğurlu kadrlar müasir dövrün çağırışlarına uyğun ölkənin uğurlu idarəetmə sistemini  qura və irəliyə apara bilər. O baxımdan da, Azərbaycan prezidenti İlham Əliyevin  sərəncamı ilə Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin edilməsi mühüm siyasi hadisədir və bu sərəncam islahatların daha da uğurla həyata keçirilməsinə böyük töhfə verəcək". Millət vəkili bildirib ki, Azərbaycan Prezidentinin M. Əliyevanın birinci vitse-prezident təyin etməsi ölkənin ictimai-siyasi həyatında çox mühüm siyasi hadisəyə çevrilib və ictimaiyyət bu sərəncamı çox böyük ruh yüksəkliyi ilə qarşılayıb: "Mehriban xanım Əliyevanın  birinci vitse-prezident təyin olunmasının digər bir əsas məqamı da ondan ibarətdir ki, bir müsəlman dövlətində qadının belə mötəbər dövlət vəzifəsinə təyinat alması Azərbaycan xanımının beynəlxalq aləmdəki mövqeyinin möhkəmlənməsinə xidmət edəcək". S. Fətəliyeva bildirib ki, onsuz da M. Əliyeva  fəaliyyəti ilə özünü nəinki Azərbaycanda, eyni zamanda, dünyada  peşəkar bir siyasətçi və  ictimai xadim kimi təqdim edə bilib: "Artıq beynəlxaql aləm onun peşəkar bir ictimai-siyasi xadim, dövlət xadimi kimi qəbul edir. Onun humanitar, sosial, mədəniyyət, təhsil, səhiyyə  sahəsindəki təşəbbüsləri və həyata keçirdiyi layihələr hamıya bəllidir və müsbət qarşılanır. Mehriban xanım Əliyeva bu layihələri təkcə Azərbaycan daxilində deyil, dünyanın bir sıra ölkələrində də həyata keçrir ki, bu da  rəğbətlə qarşılanır və onun bu fəaliyyəti Azərbaycana beynəlxalq aləmdə əlavə dividentlər gətirir, Azərbaycanın dünyadakı mövqeyinin daha da möhkəmlənməsində xüsusi rol oynayır. Ona görə də Azərbaycan Prezidentinin bu sərəncamı ancaq və ancaq ölkəmizin növbəti uğurlara imza atmasına vəsitə olacaq". O, həmçinin deyib ki, M. Əliyeva Azərbaycanın dünyaya tanıdılmasında müstəsna rola malik bir ctimai-siyasi xadimdir: "Məhz onun rəhbərlik etdiyi Heydər Əliyev Fonudunun  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətləri olub. Onun fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyəti və musiqisini dünyaya  daha geniş formada tədiqm etmək mümkün olub". S.  Fətəliyeva  onu da əlavə edib ki, M. Əliyeva təkcə Azərbaycanda yox, dünyada da humanist bir siyasi xadim kimi özünü təqdim edib: "Elə onun təşəbbüsləri ilə Milli Məclisdə iki dəfə Amnistiya aktı qəbul olunub və on minlərlə insan azadlığa qovuşub. Sosial, səhiyyə sahəsində həyata keçirdiyi layihələr nəticəsində  minlərlə xəstələrə, problemli insanlara yeni həyat bəxş edib. Bütün  sadaladığımız və sadlamadığımız bu faktlar onun belə mühüm dövlət postunu tutmasını haqq etdirir. Və o, bu vəzifəyə layiq şəxsdir. İnanırıq ki, o, belə bir mühüm dövlət vəzifəsini tutumaqla üzərinə daha böyük məsuliyyət götürüb. Mehriban xanım Əliyeva bu vəzifəsinin öhdəsindən layiqincə gələcək və Azərbaycanı daha uğurlu sabahalara doğru aparacaq". Milət vəkili Vahid Əhmədov deyib ki, Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması ölkədə islahatların daha da dərinləşməsinə və davamlı olmasına təkan verəcək.Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməsi ilə cəmiyyətin islahatlarla bağlı gözləntiləri doğrultmuş oldu: "Ona görə də bu, çox uğurlu bir sərəncamdır. Çünki Mehriban Əliyeva artıq beynəlxalq səviyyədə tanınmış siyasi bir xadimdir. O, artıq kifayət qədər siyasi təcrübə əldə edən şəxsdir. O baxımdan da, onun birinci vitse-prezident təyin olunması Azərbaycanın inkişafına, islahatların daha da dərinləşməsinə və davamalı olmasına öz töhfəsini vermiş olacaq. Onun təyinatı Azərbaycanın ictimai-siyasi həyatında ciddi dəyişikliklərə səbəb olacaq". "Konstitusiya Araşdırmları" Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Mehriban xanım Əliyevann birinci vitse-prezident vəzifəsinə təyinatı uğurlu bir təyinatdır və o, bu vəzifəyə layiqli bir namizəddir: "Əgər belə demək mümkünsə, Mehriban xanım Əliyeva bu vəzifəni çoxdan haqq etmiş bir şəxsdir. Çünki onun uğurlu fəaliyyəti bunu sübut edir. Mehriban Əliyeva fəaliyyəti müddətində Azərbaycan həqiqətlərinin, istər Dağlıq Qarabağ, istər Xocalı soyqırımı həqiqətlərinin dünyaya çatdırılmasında, tanıdılmasında, istər ölkənin bütövlükdə informasiya blokadasından çıxarılmasında,  istərsə də Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə təqdim olunmasında müstəsna xidmətləri olan bir şəxsdir. Bu gün Mehriban Əliyeva nəinki Azərbaycanda, hətta beynəlxalq aləmdə bir humanist insan kimi şöhrət qazanıb. Onun istər məhbusların azadlığa çıxması istiqamətində bir neçə Amnistiya aktı təşıbbüsü ilə çıxış etməsi, istərsə sosial, səhiyyə sahəsində həyata keçirdiyi layihələr bunun bariz göstəricisidir. Bu layihələr təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində həyata keçirilib. Biz bu gün Azərbaycanda elə bir sahənin adını şəkə bilmərik ki, Mehriban xanımin orada həyata keçirdiyi layihə olmasın. Buna misal olaraq  Birinci Avropa Oyunlarını, eləcə də  digər beynəlxalq səviyyəli layihələri sadalaya bilərik. Mehriban xanım Əliyeva artıq özünü peşəkar siyasətçi və ictimai-siyasi xadim kimi təqdim etdiyindən, onun belə bir vəzfəyə təyinat alması ən uğurlu təyinatdır". Ə.Nuriyev onu da əlavə edib ki, M.Əliyevanın təyinatı dövlətimizin inkişafına və rifah halının yaxşılaşmasına öz töhfəsini verəcək: "Onun təyinatı eyni zamanda, Azərbaycanda islahatların daha da dərinləşməsi və davamlı olamsına gətirib çıxaracaq".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31