Bahalı toylar qadağan edildi, 7-dən çox yemək olmaz

Apreldən dəbdəbəli, bahalı toyların keçirilməsinə icazə verilməyəcək. Bu qadağa Hindistanın Kəşmir və Cammu vilayətlərində qüvvəyə minəcək. Gəlin tərəfi toya 500-dən çox qonaq dəvət edə bilməyəcək. Bəy tərəfindən olanların sayı isə 400-ü keçə bilməz. 

Bundan başqa, toy qonaqlığında verilən əsas yeməklərin sayı 7-dən çox olmayacaq. Bu isə ərzaqların israfının qarşısını almağa imkan yaradacaq.

Regional parlament nümayəndələri bu qadağanı bütün Hindistan ərazisində tətbiq etməyi təklif edirlər. 

Bu qadağa insanların çoxsaylı şikayətlərindən sonra verilib. Belə ki, adıçəkilən vilayətlərdə insanlar toy zamanı həddindən artıq çox səs-küy olmasından, külli miqdarda tullantı yaranmasından şikayət ediblər. 

Qeyd edək ki, bənzər qadağa 1984-cü ildə də tətbiq edilmişdi. Lakin rəngarəng toy adətləri ilə seçilən Hindistanda baş qaldıran etirazlardan sonra ləğv edilmişdi.  İstipress

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31