Gündəm

Rusiyada polis polkovnikini və beş ailə üzvünü öldürən azərbaycanlılara hökm oxunub

22 Fevral 2017 15:09

Rusiyanda polis polkovnikini və onun ailə üzvlərini öldürməkdə ittiham olunan Azərbaycan və Tacikistan vətəndaşlarına hökm oxunub. Samara məhkəməsinin qərarına əsasən Azərbaycan vətəndaşları Məhəmməd Əhmədov və Roman Fətəliyev ömürlük, İslam Babayev 25 il, Tacikistan vətəndaşı Orxan Zöhrabov isə 26 il həbs cəzası alıb. İttiham olunanlar günahlarını qismən etiraf ediblər. Təqsirləndirilən şəxslər silahlı basqın, iki və daha artıq şəxsin ölümü və azyaşlı uşağın həyatına qəsddə ittiham olunurlar.

Fikrət Əhmədov : “Prostat vəzi xərçəngi ilkin mərhələdə tamamilə sağalır”

22 Fevral 2017 15:07

Günümüzdə prostat vəzi xəstəlikləri olduqca geniş hal alıb. Məhz bu xəstəlik və onun müalicəsi haqqında Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Urologiya şöbəsinin müdiri dr.Fikrət Əhmədov öz müsahibəsində ətraflı məlumat verib.

23 fevralı bayram edənlərin menyusuna…

22 Fevral 2017 15:05

Dünən sosial mediada dostlarımızdan biri bir məsələ haqqında danışdı. Öz qapalı qrupumuzda müzakirə etdik və qərara gəldik ki, mövzunu ictimailəşdirək.

"Bu nə qədər acınacaqlı olsa da..."

22 Fevral 2017 15:03

Muğam - Şərgin ən qədim musiqi janrlarından biri olduğu üçün daima dünya musiqişünaslarının, sənətsevərlərin diqqət mərkəzində olmuşdur. Azərbaycan musiqi sənətində çox böyük muğam ifaçıları olub. Yüz illərlə yol gələn musiqi sənətində bu sənətkarlar muğamı ayaqda saxlayıb, yaşadıblar. Gənc ifaçılar, muğam ustaları Azərbaycanda yetərincədir. Onlardan biri də Aytən Məhərrəmovadı. Xanəndə Aytən Məhərrəmovla müsahibəni təqdim edirik.

Moskvada Lavrovla Nalbandyan arasında görüş keçirilib

22 Fevral 2017 14:58

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib. Görüşdən öncə Rusiya XİN-in iqamətgahında Rusiya-Ermənistan diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunan sərgi açılıb. Sərgidə nazirlər çıxış edib.

Milli Preventiv Qrupunun üzvləri Sosial-xidmət müəssisəsində olublar

22 Fevral 2017 14:53

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saray qəsəbəsində yerləşən, əqli və fiziki imkanları məhdud olan uşaqlar üçün 2 saylı Sosial-xidmət müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirmişlər.

Ramil Usubov Almaniyaya səfər edib

22 Fevral 2017 14:51

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Berlin şəhərində keçirilən 20-ci Avropa Polis Konqresində iştirak etmək üçün fevralın 20-dən Almaniya Federativ Respublikasında işgüzar səfərdədir. Bu barədə DİN-dən verilən məlumata görə, fevralın 21-də öz işinə başlayan tədbiri giriş sözü ilə Almaniya Federativ Respublikasının daxili işlər naziri Tomas de Mezyer və Avropa İttifaqının miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopulos açıblar.

Avropa İttifaqı ilə imzalanacaq saziş ölkəmizə nə vəd edir?

22 Fevral 2017 14:49

Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın dünyanın təkcə enerji təhlükəsizliyinin təmin olunmasında deyil, eyni zamanda, qlobal münaqişələrin həllində müstəsna rol oynaması, güc mərkəzləri və ölkələri arasındakı problemlərin çözümündə vasitəçilik missiyası ilə bağlı verdiyi mesajlar dünya siyasi analitik mərkəzlərinin marağına səbəb olub. Dövlət başçısının mesajları sırasında Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlıq məsələsi xüsusi araşdırma mövzusuna çevrilib. Bütün dünyaya məlum olub ki, Azərbaycan nəinki dünyanın aparıcı dövlətləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatlarla ikitərəfli, bərabərsəviyyəli əməkdaşlıqda maraqlıdır.

Vaşinqton-Tehran münasibətlərində yeni gərginlik

22 Fevral 2017 14:48

Son günlər Birləşmiş Ştatlarla İran arasında münasibətlərdə yeni bir gərginlik müşahidə edilməkdədir. Xüsusilə, Donald Trampın Ağ Ev rəhbəri seçilməsindən sonra bu mənfi tendensiya özünü göstərməyə başlayıb. Yeni Ağ Ev rəhbəri Obama zamanında bir qədər istiləşən Vaşinqton-Tehran münasibətlərinə yenidən nəzər salmağı qarşıya məqsəd qoyub. Xüsusilə, Birləşmiş Ştatların İran siyasəti İsrail baş naziri Benyamin Netanyahunun Donald Trmpla görüşməsindən sonra, daha da aqressiv çalar almaqdadır.

Azərbaycanın dünyadakı səsi

22 Fevral 2017 14:46

Hər bir dövlətin dünyada tanıdılması, onun apardığı haqq işi uğrunda mübarizənin beynəlxalq aləmə çatdırılması, həmin ölkə barədə müsbət imicin formalaşdırılmasında diasporun müstəsna rolu və fəaliyyəti var. Bu mənada haqlı olaraq diaspor həmin ölkənin dünyadakı səsi hesab edilir. Bu gün Azərbaycan Respublikasının da dünyadakı səsi funksiyasını yerinə yetirən, onun haqq işi uğrunda apardığı mübarizəni beynəlxalq aləmə çatdıran mütəşəkkil diasporu mövcuddur. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan diasporu günümüzdə bir çoxlarının fəxrlə danışdığı, hətta qibtə etdiyi ayrı-ayrı ölkələrin diasporundan heç də gənc deyil. Belə ki, Azərbaycan diasporunun formalaşma tarixi kifayət qədər uzun bir zaman kəsiyini əhatə edir. Hətta bəzi mənbələrdə bu tarix VII əsrə qədər gedib çıxır. Belə ki, Xilafət ordusunun Azərbaycana yürüşü, İslam dininin yayılması prosesləri fonunda onlarla azərbaycanlı mütəfəkkirin Yaxın və Orta Şərqin şəhərlərinə axını başlamış və bu diasporun yaranmasının təməlini qoymuşdu. Bundan sonrakı tarixin müxtəlif dövrlərində də dünyada soydaşlarımızın daha geniş miqyasda məskunlaşması, nəticə etibarilə Azərbaycan diasporunun təşəkkül tapmasına gətirib çıxarmışdı.