Milli Preventiv Qrupunun üzvləri Sosial-xidmət müəssisəsində olublar
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saray qəsəbəsində yerləşən, əqli və fiziki imkanları məhdud olan uşaqlar üçün 2 saylı Sosial-xidmət müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirmişlər.
22 Fevral 2017 14:53 SosialAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saray qəsəbəsində yerləşən, əqli və fiziki imkanları məhdud olan uşaqlar üçün 2 saylı Sosial-xidmət müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirmişlər. "Olaylar" xəbər verir ki, başçəkmədə məqsəd bu müəssisədə saxlanılma şəraitinin və buradakı uşaqlarla rəftar məsələlərinin araşdırılması, onların hüquqlarının təmin olunması olmuşdur. MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən yataq, dərs və reabilitasiya otaqlarına, yeməkxanaya və mətbəxinə, asudə vaxtının təşkili üçün nəzərdə tutulmuş otaqlara, o cümlədən rəsm, musiqi otaqlarına, habelə idman zalına, ümumi əraziyə baxış keçirilmişdir. Buradakı uşaqlarla görüş zamanı onlar şəraitdən, qidalanmadan, müəssisə əməkdaşlarının onlarla rəftarından razılıq etmişlər. Əsaslı təmir olunaraq zəruri müasir avadanlıqlarla təchiz edilmiş müəssisənin müasir standartlara uyğun olduğu müəyyən olunmuş, saxlama şəraiti, qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqların təmin olunması vəziyyəti, habelə uşaqlarla rəftar məsələləri qənaətbəxş qiymətləndirilmişdir. Başçəkmənin sonunda saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı həmin müəssisənin rəhbərliyinə müvafiq tövsiyələr verilmişdir.