Gündəm
RƏZALƏT! Tibb bacısı reanimasiyada göbək atır - VİDEO
Antalyada özəl bir xəstəxananın reanimasiya şöbəsində, tibb bacısı və xəstə baxıcıların qəhqəhə çəkib göbək atdıqları görüntülər 4 il sonra keçmiş tibb bacısı tərəfindən sosial şəbəkədə paylaşılıb.
Akademik Əhəd Canəhmədov: “Ən böyük sərmayə məhz elmə qoyulmalıdır”
Canəhmədov Əhəd Xanəhməd oğlu texnika elmləri doktoru, professor, bir sıra xarici ölkə akademiyalarının akademiki, Azərbaycan Milli Aviasiya Akademiyasının “Nəqliyyat mexanikası” kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, «Science and Applied Engineering Quarterly» (İngiltərə) jurnalının Baş redaktorudur.
ADU-da müəllimlərdən beynəlxalq dil sertifikatı tələb olunacaq
2017-2018-ci tədris ilindən etibarən Azərbaycan Dillər Universitetində (ADU) dil tədris edən kafedralarda boş elan olunan müəllim vəzifəsini tutmaq üçün müsabiqədə iştirak edəcək müəllimlərdən onların dil səviyyəsini müəyyən edən TOEFL, İELTS, DELS, DALF, B2, C1 kimi beynəlxalq dil sertifikatları tələb olunacaq. Bu, müqavilə müddəti bitmiş, attestasiyadan keçəcək müəllimlərə də aiddir. Bununla əlaqədar universitetin bütün kafedralarına bildirişlər göndərilib.
Nəsimi rayonunda Xocalı sakinləri ilə görüş keçirilib
Xocalı faciənin ildönümü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Nəsimi rayonunda məskunlaşmış 60 ailənin nümayəndələri ilə görüş keçirilmişdir.
“ABŞ Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqdir”
“Dağlıq Qarabağ münaqişəsinə dair Amerika Birləşmiş Ştatları Minsk qrupunun problemin dinc vasitələrlə davamlı həllinə olan yanaşmasına sadiqdir”. Bunu ABŞ-ın BMT-dəki səfiri Nikki Haley Təhlükəsizlik Şurasının “Avropada təhlükəsizlik” mövzusundakı sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, tərəfləri atəşkəsə riayət etməyə, etimadın möhkəmlənməsi üzrə razılaşdırılmış tədbirləri həyata keçirməyə və danışıqları bərpa etməyə çağırırıq. Diplomat ABŞ-ın Avropada təhlükəsizliyi qorumağa kömək edən təşkilatların tərəfdarı olduğunu vurğulayıb: “Biz tarixin ən güclü ittifaqı olan Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) göstərdiyimiz dəstəkdə qətiyyətsizlik nümayiş etmirik. NATO-nu daha da səmərəli etmək üçün çalışırıq – üzvlərin arasında əməkdaşlığı gücləndiririk və vəzifələrin ədalətli paylaşmasına nail olmaq məqsədilə, üzv olmaq üçün irəli sürülmüş tələblərə cavab verən yeni müttəfiqlərin üzünə qapıları açırıq. Bundan başqa, NATO Ukraynanın, Gürcüstanın və Moldovanın müdafiə qabiliyyətini möhkəmlətmək üçün kömək və təlim təqdim edir. ABŞ ATƏT-ə dəstək göstərir. Hazırda ATƏT şərqi Ukraynada vəziyyəti müşahidə və nəzarət etməkdə, digər uzunsürən münaqiləşələrə diqqət yetirməkdə ən həlledici rolu oynayır”.
Mikayıl Cabbarov: "Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında təhsilin xüsusi rolu var"
Fevralın 22-də Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfrans Türk Şurası və Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universiteti tərəfindən təşkil olunub. Təhsil Nazirliyindən verilən xəbərə görə, açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin sədr müavini Ahmet Aydın, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Türk Şurasının Baş katibi Ramil Həsənov, Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin Qəyyumlar Şurasının sədri Musa Yıldız çıxış edib.
Əli Əhmədov: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ədalətli qərardır"
Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi düzgün, ədalətli və faydalı qərardır. Mehriban Əliyeva uzun müddətdir ölkənin ictimai və siyasi həyatında ən aparıcı simalardan biri kimi tanınır. Ayrıca qeyd etməyə dəyər ki, onun fəaliyyəti təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır. Mehriban xanım ölkə xaricində Azərbaycanı ən yaxşı təbliğ edən insanlardan biridir. Onun ictimai və siyasi fəaliyyətinin coğrafiyası kifayət qədər genişdir və ölkəmizə böyük siyasi və mənəvi dividentlər gətirir.
"Reallığın 28 çaları"
Fəzail İbrahimli: "Xocalı ilə bağlı təbliğatı gücləndirməliyik"
“Xocalı soyqırımı 200 ildən artıq Azərbaycan xalqına qarşı aparılan siyasi xəttin növbəti addımıdır. XX əsrdə ölkəmizə qarşı həyata keçirilən soyqırımın tarixinə nəzər yetirsək görərik ki, ermənilər V-VII əsrdə Yaponiyada gedən müharibədən, 1918-ci ildə isə çar Rusiyasının iflasa uğrayıb, yerinə bolşevik hakimiyyətinin gəlməsindən istifadə edərək soyqırımı törədiblərsə, Xocalı soyqırımı isə 1992-ci ilin 26 fevral tarixində isə Demoqrafik Rusiya dövründə baş verən hərəkat idi. Bütün hallarda sifariş və icra edənlər eyni olub”. Bu fikirləri millət vəkili Fəzail İbrahimli deyib.
Metroda qadının çantasından pul oğurlayan şəxs yaxalanıb
Metropolitendə Polis Şöbəsinin əməkdaşları çibgirliklə məşğul olan şəxsi saxlayıblar. DİN-dən verilən məlumata görə, fevralın 18-də metronun "Nizami" stansiyasında, qatarda Kəlbəcər rayon sakini Şahzadə Aslanovanın çantasından 135 manat, 11 ABŞ dolları pulu və sənədi oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini Etibar Quliyev Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Ağdam sakininə xəsarət yetirən keçmiş məhkum saxlanıb
Fevralın 21-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi əraziasindən Ağdam rayon sakini Emin Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olunmuş Azər Alxasov tutulub. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Bakıda evlərə qənim kəsilən şəxs ələ keçib
Sabunçu rayonunda pğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-dən 19-dək olan müddətdə Sabunçu rayonu ərazisindəki 4 evdən pul, qızıl, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elşən Niftiyev tutulub. İlkin araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Sumqayıtda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib
Sumqayıt şəhərində oğurluqla məşğul olan dəstə zərəsizləşdirilib. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də şəhər ərazisindəki evlərdən birindən 5.000 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elman Hüseynzadə və Xaləddin Hacızadə tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların daha 3 evdən pul və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
Bakı sakinindən tapança və narkotik maddə götürülüb
Bakı şəhər sakinində odlu silah aşkarlanıb. DİN-dən verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yaşar Quliyevdən bir ədəd tapança və 0,220 qram heroin götürülüb. Həmçinin Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə şəhər sakini, əvvəllər məhkum olunmuş Əliağa Əliverdiyevdən 460 qram marixuana götürülüb.
Vidadi Zeynalov dövlətə vurulan ziyanı ödəmək üçün əmlakını satışa çıxarmaq istəyir - YENİLƏNİB
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

.jpg)












