"Reallığın 28 çaları"

İnisiativ Kuratorlar Birliyi (ICU) və "YUĞ" teatrı birgə Müasir İncəsənət mərkəzində "Reallığın 28 çaları" sərgisinin açılışı oldu. Teatr kainatın bir modelidir. "YUĞ" teatrı yeni tarixi mərhələdə Azərbaycan icmasının inkişafının modelidi. "YUĞ" teatrı 1989-cu ildə teatr tarixində adı Antonin Arto, Mixail Çexov, Yeji Qrotovski, Piter Bruk, Anatoliy Vasilyev kimi "tanrılar"ilə bir sırada çəkilən əfsanəvi rejissor-intellektual Vaqif İbrahimoğlunun başçılığı ilə bir qrup passionar həmrəylər tərəfindən yaradılmışdı. Dünya teatr ənənələrindən ən yaxşılarını özündə cəmləşdirən bu teatr dünyaya milli poeziya teatrının unikal modelini avanqard, lakin öz mahiyyəti ilə qədim türk etnosunun ritual təcrübəsinə üz tutmuş formada təqdim etdi.

Sərginin əsas "YUĞ" məqsədi - Azərbaycanın inkişaf dinamikasını bu il iyirmi səkkiz illiyini qeyd edən "Yuq" teatrının yaradıcılıq təkamülü timsalında əks etdirməkdir. Konsepsiyanın realizasiyası üçün teatrın fəaliyyəti ilə bağlı müxtəlif arxiv sənədlərdən, afişalardan və digər sənədlərdən istifadə olunacaq. Həmçinin, sərgidə performativ incəsənət növləri : "YUĞ" teatrının aktyorlarının iştirakı ilə bədii interaktiv aksiya, həmçinin teatrın müxtəlif tamaşalarından videomaterial fraqmentlərini göstərən videoinstallyasiyanın nümayişi planlaşdırılır. Bu layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə "Culture and Management Lab" təşkilatı tərəfindən həyata keçirilən "Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət Layihəsi" çərçivəsində reallaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31