Vaşinqton-Tehran münasibətlərində yeni gərginlik
Son günlər Birləşmiş Ştatlarla İran arasında münasibətlərdə yeni bir gərginlik müşahidə edilməkdədir. Xüsusilə, Donald Trampın Ağ Ev rəhbəri seçilməsindən sonra bu mənfi tendensiya özünü göstərməyə başlayıb. Yeni Ağ Ev rəhbəri Obama zamanında bir qədər istiləşən Vaşinqton-Tehran münasibətlərinə yenidən nəzər salmağı qarşıya məqsəd qoyub. Xüsusilə, Birləşmiş Ştatların İran siyasəti İsrail baş naziri Benyamin Netanyahunun Donald Trmpla görüşməsindən sonra, daha da aqressiv çalar almaqdadır.
22 Fevral 2017 14:48 DünyaSon günlər Birləşmiş Ştatlarla İran arasında münasibətlərdə yeni bir gərginlik müşahidə edilməkdədir. Xüsusilə, Donald Trampın Ağ Ev rəhbəri seçilməsindən sonra bu mənfi tendensiya özünü göstərməyə başlayıb. Yeni Ağ Ev rəhbəri Obama zamanında bir qədər istiləşən Vaşinqton-Tehran münasibətlərinə yenidən nəzər salmağı qarşıya məqsəd qoyub. Xüsusilə, Birləşmiş Ştatların İran siyasəti İsrail baş naziri Benyamin Netanyahunun Donald Trmpla görüşməsindən sonra, daha da aqressiv çalar almaqdadır. Bu, regionun və beynəlxalq təhlükəsizlik sisteminin nə qədər kövrək olduğunu və yeni problemlərə yol açdığını göstərir. Politoloq Məhəmməd Əadullazadə deyir ki, burada İran əleyhinə alyansda İsrail faktoru danılmazdı. Onun sözlərinə görə, xüsusilə vurğulamaq lazımdır ki, Donald Trampın qələbə çalmasında yəhudi lobbisinin misilsiz xidmətləri olub: "Bu ona görə idi ki, Barak Obamanın İran siyasəti Tehranın Yaxın Şərqdə güclənməsinə və İsrailin təhdidi ilə müşayiət olunurdu. Bunun qarşısını almaq üçün, İrana qarşı sanksiyalar sərtləşməli idi. İranın güclənməsini İsrail öz milli təhlükəsizlik maraqlarına təhdid hesab edirdi. Yəhudilər Obamanın İran siyasətindən qəti narahat idilər. Bu narahatlıqları dəf etmək üçün iki ölkə arasında əlaqələr yenidən qurulub və Tehrana qarşı mübarizə üsulları masadadır. Bu təziyiq və mübarizə üsulları sırasında ABŞ -ın İranda milli məsələləri alovlandırmaqla, daxili siyasi sabitliyi pozmaq yer alır. Qeyd edim ki, keçən həftə Bəhreynli bir millət vəkilinin Cənubi Azərbaycana müstəqillik istəməsi, İranda milli haqların bərpası kimi çağırışlar kimi deyil, ölkədə milli ədavəti qızışdırmaq planından irəli gəlir. Təbii ki, burada geosiyasi maraqlar fonunda İranda sabitsizləşmə, ABŞ -İsrail planın bir hissəsidir. İraq, Suriya və Yəməndən sonra növbəti hədəf İranın olması gözlənilən idi. İran Yaxın Şərqdə sabitsizlik və despotik bir ölkədi. Bunun regionda güclənməsi, İraq , Suriya və Yəməndə əsas oyunçulardan biri olması, ABŞ-ın regionda maraqlarına əngəl yaradır. Buna baxmayaraq ABŞ, Səudiyyə Ərəbistanı, İsrail və digər körfəz ölkələrini əlində saxlamaq üçün, İran amilindən təzyiq kimi istifadə edir. Bu aradaregiondakı siyasi gərginliyin Azərbaycanada sirayət etməsi gözlənilir. Bu gərginlik fonunda İran -Azərbaycan əlaqələrində soyuq münasibət, İranın Ermənistana daha da dəstək verməsi kimi tendensiyalar müşahidə edilə bilər. Qeyd edim ki, "Hizbullah" lideri Həsən Nəsrullahın İsrailin nüvə obyektlərinə zərbələr vurmaq barədə bəyanatı, Netanyahu və Trampın İran ittifaqına qarşı mesajıdır. H.Nəsrullah əslində rəsmi Tehranın adınnan çıxış edir. Və, İsraili hədələyir. O, qeyd edir ki,"Bizim raket qüvvəmiz ali müstəvidədir, İsrail hücum etsə Dimona nüvə təsisatı və Ammonyak anbarları vurulacaq". Belə bir vəziyyətin yaranması isə, Yaxın Şərq ölkələrinin tamamilə parçalanmasına yol açar. Vurğulamaq lazımdır ki, Türkiyədə İranın Suriyadakı rolundan
narahatdı.Artıq, Türkiyənin xarici işlər naziri M. Çavuşoğlu Münhen Təhlükəsizlik konfransında İranı ittiham edib. O, bildirib ki, İranın bəzi təxribatları bölgədə sabitliyin bərpası üçün ciddi əngəl yaradır: O, çıxışında deyib ki, İran bölgənin sabitliyi və təhlükəsizliyi üçün hər cür təxribatları dayandırmalıdır".
Politoloq hesab edir ki, ABŞ -İsrail və Türkiyə İranın Yaxın Şərq regionunda fəallaşmasının qarşısını qətiyyətlə almağda isrardırlar: "Məhz, ABŞ baş qərargah rəisinin Bakıdan Ankaraya səfəri nə qədər Suriyada baş verən hadisələrlə bağlı olsa da, bir o qədər də İrana qarşı yeni cəbhə formalaşdırmağa hesablanıb. ABŞ Suriyada PYD dəstəyini çəkərsə, Türkiyənin də Birləşmiş Ştatların siyasətinə dəstəyi qaçılmaz olacaq. ABŞ generalının kritik Ankara səfərində ciddi ortaq razılaşma əldə olunub. İsrail baş naziri B.Netanyahu İrana qarşı ABŞ -İsrail ittifaqının yaranmasını qeyd edib. O, bildirib ki, "İsrail və ABŞ arasında alyans, xüsusilə İran tərəfindən gözlənilən ümumi təhlükə, Yaxın Şərqdə yeni imkanlar sayəsində möhkəmləndi". Artıq, İran yeni dönəmə hazırlaşır, bu dönəm İranın küncə sıxılması ilə müşayiət olunacaq. İran bu təhlükəli gedişləri görür və buna qarşı adekvat cavablar hazırlamağa çalışır. Bu günlərdə İranın parlament spikeri Yaxın Şərqdə İran -Rusiya alyansının formalaşmasından danışır. Hesab edirəm ki, Moskva-Tehran oxu ABŞ -ın formalaşdırdığı koalisiya qarşısında duruş gətirə bilməyəcək. Bu koalisiya, həmçinin ərəb ölkələrindən formalaşdırılmağa başlanılıb. "Hizbullah", "Həmas" və "Husi" təşkilatlarının silahlandırma faktoru, İranın izolyasiyası ilə nəticələnməsinə səbəb olacaq. Artıq, İranın qarşısını almaq üçün Pentaqon Suriyaya quru qoşunları göndərmək üçün hərəkətə keçməyi planlaşdırır. Ağ Ev rəsmiləri İŞİD-dən qatı təhlükə İranı hesab edirlər. Bu açıqlama İranın ABŞ üçün nə qədər təhlükəli olduğunu göstərir. Müharibə başlayarsa, İranın cavabı yetərli olmaz. Qeyd edim ki, İranın raket arsenalı və kosmik qüvvələri dəqiqlik səviyyəsində İsraildən geridə qalır, hədəfi vurma dəqiliyi 50/50 dir. Ballistik və digər uzaq miqyaslı silahlar İsraildən geridə qalır. Müharibə ertələnsədə beynəlxalq səviyyədə İranda yaşayan millətlərə azadlıq və hüquqların tanınması üçün geniş təzyiq rıçaqları ilə kompaniyaya start veriləcək". Politoloq bildirib ki, 2017-ci il Qərb -İran qarşıdurması siyasi və iqtisadi məkanda kəskinləşəcək. Onun qənaətincə, bu silahlı qarşılaşmaya yol açmasa da, İranın dəstəklədiyi silahlı qruplaşmalara İsrail və ABŞ-ın hərbi əməliyyatları olacaq: "Rəsmi Tehrana qarşı bu təhdidlər, qarşıdan gələn prezident seçkilərində mühafizəkarların reytinqini qaldıracaq. Və, seçkilərin geniş mübarizə atmosferində keçəcəyi, eyni zamanda iştişaşlara yol açacağına səbəb olacaq".
Süleyman