Mərkəzi Elmi Kitabxanada Xocalı faciəsi anılır

AMEA Mərkəzi Elmi Kitabxanada Sərgi salonunda Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə faciənin 25 illiyinə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə faciə haqqında müxtəlif dillərdə olan kitablar ("Azərbaycan faciələrinin təqvimi", "Qarabağ", "Ermənilər və həqiqət", "Геносид" və b.), fotoşəkillər nümayiş olunur.

Xatırladaq ki, MEK Milli Qəhrəmanların xatirəsini özünəməxsus tərzdə - siyahıları rəqəmsallaşdırıb sənəd formatına salıb, elektron kataloqda təsvirini verib Milli Rəqəmsal Yaddaşda və Vikipediyada yerləşdirib. MEK eyni ilə 20 yanvar şəhidlərinin, Aprel döyüşlərində canlarını qurban verən Azərbaycan hərbçilərinin də xatirəsini əbədəlidirmək üçün adı çəkilən addımları atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31