Türkiyə XİN: "Ermənistan hər yerdə məğlub olur və bu məğlubiyyətlər davam edəcək"

"Ermənistan hər yerdə məğlub olur və bu məğlubiyyətlər davam edəcək". Bunu Ankarada Türkiyənun xarici işlər naziri Mövlud Çavuşoğlu "Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorçuluq" mövzusunda beynəlxalq konfrans zamanı deyib. Nazir bildirib ki, Türkiyə və Azərbaycan Xocalı faciəsinin təbliğatını birgə aparmaqda davam edəcək. M.Çavuşoğlu Türkiyənin Xocalı hadisələrini heç vaxt unutmayacağını deyib: "Xocalı reallıqdır. Bu, 25 il əvvəl bütün dünyanın gözü qarşısında baş verib. Ermənistan isə həqiqəti qəbul etmək istəmir". Nazir həmçinin qeyd edib ki, uzun illərdir Türkiyə Ermənistanın 1915-ci il hadisələri ilə bağlı böhtanları ilə mübarizə aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31