Aqil Əliyev - 90

Azərbaycan Respublikası Prezidentinin "Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında" sərəncamının icrası məqsədi ilə cari ilin 22 fevral tarixində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə Aqil Əliyevin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirildi. Mərkəzdən "Olaylar" - a verilən məlumata görə, tədbirdə A.Əliyevin fəaliyyətinin tədqiqatçısı, "Elm və Mənəviyyat" jurnalının baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Həqiqət Kərimova iştirak etmiş və alimin həyatından, ailəsindən, yüksək şəxsi və insani keyfiyyətlərindən, onun iş fəaliyyətindən iştirakçılrı məlumatlandırdı.

Mövzu ilə bağlı dəyirmi masada Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdirləri Məzahir Qarayev, Rafiq Quliyev və Sənan Talıbov da çıxış etdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31