Hərbi prokuror: “Dağlıq Qarabağda “referendum” keçirilməsi qanunsuzdur”
"Ermənilərin Dağlıq Qarabağda “referendum” keçirməsi qanunsuzdur”. Bunu hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev fevralın 20-də Dağlıq Qarabağda keçirilmiş “referendum”a münasibət bildirərkən deyib.
22 Fevral 2017 13:18 Siyasət"Ermənilərin Dağlıq Qarabağda "referendum" keçirməsi qanunsuzdur". Bunu hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev fevralın 20-də Dağlıq Qarabağda keçirilmiş "referendum"a münasibət bildirərkən deyib. X. Vəliyev qeyd edib ki, BMT başda olmaqla, digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb: "Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını heç kim inkar edə bilməz. Dağlıq Qarabağı nəinki dünya dövlətləri, heç Ermənistanın özü belə tanımayıb. Dağlıq Qarabağda Azərbaycan qanunvericiliyinə zidd olaraq, seçki, referendum keçirilməsi qanunsuzdur".