Özbəkistandan olan alim dünyanın ən gənc və güclü 100 iqtisadçısı sırasına düşüb
Daşkənddəki Beynəlxalq Vestminister Universitetinin iqtisadiyyat müəllimi Rauf Salaxujaev dünyanın ən gənc və güclü 100 iqtisadçısı sırasına düşüb.
22 Fevral 2017 13:05 DünyaDaşkənddəki Beynəlxalq Vestminister Universitetinin iqtisadiyyat müəllimi Rauf Salaxujaev dünyanın ən gənc və güclü 100 iqtisadçısı sırasına düşüb.
R.Salaxujaev İngiltərə Bankı, Harvard və Stenford universitetləri, Paris İqtisadiyyat Məktəbinin nümayəndələrini arxada qoyaraq, 32-ci pillədə yer alıb və MDB ölkələrindən bu siyahıya düşən yeganə alimdir.
Makroiqtisadiyyatın yeni istiqaməti haqqında tədqiqat aparan R.Salaxujaevin 20-dən çox elmi məqaləsi "Intelligence", "Kyklos", "Environmental Research" kimi dünyanın məşhur elmi jurnallarında çap edilib, "Forbes" jurnalı, "National Policy" İnstitutu alimin işlərini yüksək qiymətləndirib.
Gənc iqtisadçı 2012-ci ildə ABŞ-ın "Fulbright" Mərkəzinin təqaüdünə layiq görülüb, Nyu-York Universitetində isə iqtisadiyyat magistri elmi dərəcəsi alıb.