Hərbi Prokurorluq: Xocalı soyqırımında 366-cı alayın 18 zabit və gizirinin iştirakı tam sübuta yetirilib
“Erməni işğalı nəticəsində Xocalıya 523 milyon ABŞ dolları məbləğində ziyan dəyib”. Bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ülvi Əhmədov deyib.
22 Fevral 2017 13:11 Siyasət"Erməni işğalı nəticəsində Xocalıya 523 milyon ABŞ dolları məbləğində ziyan dəyib". Bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ülvi Əhmədov deyib. O bildirib ki, 39 nəfərin Xocalın soyqırımında iştirakı tam sübuta yetirilib: "39 nəfərdən 18-i o vaxt Xankəndində yerləşən 366-cı motoatıcı alayın zabit və gizirləridir". Ü. Əhmədov qeyd edib ki, Xocalı soyqırımı ilə bağlı başlanmış cinayəti işi çərçivəsində 7500-dən artıq istintaq hərəkəti aparılıb. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31