Rusiya və ABŞ rəsəmiləri arasında telefon söhbəti
22 Fevral 2017 07:04 DünyaRusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Reks Tillerson ilə telefon söhbəti edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Dövlət katibi ABŞ rəhbərliyi adından Rusiyanın BMT yanında daimi nümayəndəsi V.İ.Çurkinin vəfatı ilə bağlı başsağlığı verib", - deyə məlumatda qeyd olunur.
Həmçinin bildirilir ki, tərəflər beynəlxalq gündəliyin aktual məsələləri və ikitərəfli münasibətlər üzrə fikir mübadiləsi aparıblar. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31