“Samsung” şirkətinin reputasiyası son dərəcə aşağı düşüb

Amerikalı istehlakçılar arasında keçirilmiş sorğunun nəticəsi əsasında “The Harris Poll” nəşri tərəfindən tərtib edilmiş korporativ brendlərin nüfuz reytinqində “Samsung” korporasiyası 40  pillə aşağı yuvarlanıb.

Amerikalı istehlakçılar arasında keçirilmiş sorğunun nəticəsi əsasında "The Harris Poll" nəşri tərəfindən tərtib edilmiş korporativ brendlərin nüfuz reytinqində "Samsung" korporasiyası 40  pillə aşağı yuvarlanıb.

Nəşrin məlumatına görə, 2017-ci ildə "Samsung" sözügedən reytinqdə 49-cu yerdə qərarlaşıb ki, bu da Cənubi Koreya brendinin ötənilki nəticəsi (7-ci yer) ilə müqayisədə xeyli aşağıdır. Həmçinin məlumata əsasən, "Samsung" son 3 il ərzində daima dünyanın aparıcı brendlərinin onluğunda olub. "The Harris Poll" nəşrinin versiyasına görə, "Amazon" internet riteyleri sözügedən nüfuz reytinqində birinci pillənin sahibidir. "Apple" korporasiyası reytinqdə beşinci, "Google" və "Tesla Motors" şirkətləri müvafiq olaraq 8-ci və 9-cu yerləri tutublar. Yüksəktexnologiyalı şirkətlərdən başqa, həmçinin "Wegmans" və "Publix Super Markets" supermarketlər şəbəkələri, "Johnson & Johnson" əczaçılıq nəhəngi, "UPS" loqistika şirkəti, "The Walt Disney Company" korporasiyası və "3M" innovativ istehsal şirkəti reytinqə düşüb.

Analitiklər "Samsung"un nüfuzunun kəskin azalmasını uğursuz "Galaxy Note 7" smartfonu ilə izah edirlər. Bundan başqa, şirkətin rəhbərliyinin hakimiyyətin ən yüksək eşelonlarında korrupsiya qalmaqalında iştirakı "Samsung"un nüfuzuna böyük xələl gətirib. Bu barədə "ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31