Aytəkin Həsənovanın  xatirə gecəsi keçirildi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytəkin Həsənovanın xatirə gecəsi keçirilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən "Olaylar" -a bildirilir ki, Bakı Musiqi Akademiyasının Böyük zalında baş tutan tədbiri giriş sözü ilə açan Aytəkin Həsənovanın qızı Aytac Qasımova tədbirdə iştirak edən  qonaqları salamlayıb, anası ilə bağlı xatirələrini bölüşüb. Daha sonra BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, ADMİU-nun rektoru, professor Fərəh Əliyeva və Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə Aytəkin Həsənovanın sənətinə, peşəsinə çox bağlı insan olduğunu, bütün həyatını musiqiyə həsr etdiyini, yaradıcılıq sahəsində böyük uğurlara imza atdığını və pedaqoji fəaliyyəti ilə gənc nəslin yetişməsinə töhfələr verdiyini qeyd ediblər. Aytəkin Həsənovanın ifasında Vasif Adıgözəlovun "Konsert №2 (3-cü hissə)" əsərinin videomaterialı nümayiş olunub.

Fərhad Bədəlbəylinin "Prelüdiya"sını Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, Vitold Lütoslavskinin "Paqanini mövzusunda variasiyalar"ını Aytəkin Həsənovanın tələbələri Sevinc Quluzadə və Elmira Hümbətova, Elnarə Dadaşovanın Aytəkin Həsənovaya həsr olunmuş "Ariya"sını Əməkdar artist Fəridə Məmmədova, eləcə də Fəqan Həsənli və Rəfiqə Quluzadə, İohan Sebastyan Baxın "Ariya"sını dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi

Həmçinin tədbirdə Aytəkin Həsənovanın (1958-2012) xatirəsinə həsr edilən "Əbədi işığa doğru" kitabının təqdimatı keçirilib. Aytac Qasımova kitabın redaktoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyevaya və müəllifləri Universitetinin müəllimləri, Aytəkin Həsənovanın həmkarları Kamilə Dadaşzadə və Səbinə Mehdiyevaya çətin və səmərəli işə görə minnətdarlığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31