Gündəm

“Xocalı soyqırımın tanıdılması istiqamətində böyük işlər görülüb”

24 Fevral 2017 13:42

Olaylar.az xəbər verir ki, Milli Məclisin iclasında millət vəkili Qənirə Paşayeva belə deyib. Q.Paşayeva təklif edib ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş bu soyqırımın daha geniş miqyasda tanıdılması üçün Azərbaycan hər bir dövlətə ayrı-ayrılıqda müraciət etməlidir: “Hər bir türk dövlətinə ayrı-ayrılıqda müraciət edilməlidir ki, azərbaycanlılar türk olduqları üçün ermənilərin soyqırımına məruz qalıblar. Hər bir müsəlman dövlətinə müraciəıt etməliyik ki, azərbaycanlılar müsəlman olduqları üçün ermənilərn tərəfindən öldürülüblər. Həmçinin xristian dövlətlərinin hər birinə ayrıa-ayrılıqda müraciət etməliyik ki, ermənilər bu soyqırımı xristianlıq adı altına reallaşdırıblar, bununla bu dinə ləkə atıblar”.

Lerikin faciə baş verən kəndində yenidən çovğun olub - Yol bağlandı

24 Fevral 2017 13:34

Fevralın 23-də Lerik rayonunda qar uçqununun faciə ilə nəticələndiyi Orand kəndində yenidən çovğun olub. Bu barədə Lerik rayon icra başçısının müavini Habil Məlikov bildirib.

Əl-Babda bombalı hücum: 29 ölü, 50 yaralı - VİDEO

24 Fevral 2017 13:33

Bu gün səhər saatlarında İŞİD Əl-Babda bomba yüklü avtomobillə partlayış törədib. Susyan kəndində baş verən partlayışda 29 nəfər ölüb, 50 nəfər yaralanıb. Bu barədə Milli.Az "Milliyet"ə istinadla xəbər verir.

2 560 767 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb

24 Fevral 2017 13:20

Lənkəran regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Cəlilabad şəhərində və Lənkəran Dövlət Universitetində maarifləndirilmə-məlumatlandırma tədbirləri keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə bildirilib ki, olduğu yer üzrə qeydiyyatın Dövlət Miqrasiya Xidmətinə həvalə edildiyi vaxtdan - 2013-cü il aprelin 1-dən ölkədə qalma müddətinə müvafiq olaraq respublikamıza girişi qeydə alınmış əcnəbilərdən ölkədə qalma müddətinə uyğun olaraq 2 milyon 560 min 767 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb.

Nazir Ağdaşda vətəndaşlarla görüşüb

24 Fevral 2017 13:18

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü fevralın 24-də Ağdaşda keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, nazir Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarının sakinlərini qəbul edib. Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb.

“Dağlıq Qarabağın işğalı zamanı azərbaycanlılara qarşı ermənilər tərəfindən saysız cinayətlər işlənilib”

24 Fevral 2017 13:17

Olaylar.az xəbər verir ki, Milli Məclisin iclasında çıxış edən vitse-spiker Ziyafət Əsgərov belə deyib. Z.Əsgərov qeyd edib ki, bir neçə saat ərzində silahlı ermənilər və 366-cı motoatıcı alayın əsgərləri şəhəri yerlə-yeksan edilərək, 613 nəfər azərbaycanlı amansızcasına qətlə yetirdilər: “Şəhərdən qaçan əliyalın insanlar a amansız divan tutuldu. Bədənlərinin əzaları kəsildi, başlarının dəriləri soyuldu. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan da bu amansızlığı yerinə yetirən silahlı birləşmələrdən birinə komandanlıq edirdi”.

“Milli Məclisin Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi qərarlar havada qalır”

24 Fevral 2017 13:15

Olaylar.az xəbər veri ki, bunu Milli Məclisin iclasında millət vəkili Xanhüseyn Kazımlı deyib. X.Kazımlı bildirib ki, dünyanın hüquq mühafizə orqanları bu soyqırıma ikili standartlarla yanaşırlar: “Azərbaycan həmişə bu məsələni gündəmdə saxlasa da dünya dövlətləri və bir sıra beynəlxalq təşkilatlar bu soyqırımı öz adıyla çağırmaq istəmirlər.

“Azərbaycan ötən əsr davamlı olaraq ermənilərin etnik təmizləmə siyasətinə məruz qalıb”

24 Fevral 2017 13:14

Olaylar.az xəbər verir ki, Milli Məclisin iclasında Vahid Əhmədov belə deyib. V.Əhmədov qeyd edib ki, bu etnik təmizləmə siyasəti Sovet illərində davam etdirilib: “SSRİ dağıldıqdan sonra erməni qəsbkarları Dağlıq Qarabağı işğal etmək üçün hərəkətə keçdi.

“Azərbaycan Türkmənçay müqaviləsindən bu yana həmişə xarici dövlətlərin nizamlı ordularına qarşı savaşmalı olub”

24 Fevral 2017 13:13

Olaylar.az xəbər verir ki, bunu millətm vəkili Siyavuş Novruzov Milli Məclisin iclasında deyib. S.Novruzov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi də bu hücumların nəticəsində ortaya çıxmışdı: “Ermənilər bizə qarşı soyqırım həyata keçirməklə torpaqlarımızı ələ keçirmək niyyətində idilər. Xocalı Soyqırımını da bu məqsədlə həyata keçirdilər. Bütün dünya bunu qəbul etməlidir.

679 nəfərə böyrək köçürülüb

24 Fevral 2017 13:12

Kliniki Tibbi Mərkəzin Hemodializ şöbəsində ölkədə xroniki böyrək çatışmazlığı (XBÇ) və ya böyrəklərin xroniki xəstəliyi (BXX) ilə mübarizə, bu sahələrdə xəstələrə dövlət qayğısı, həyata keçirilən tədbirlərə həsr edilmiş toplantı keçirildi.

Qorxulu görüntülər: Uşağın başı dəmir çərçivədə ilişib qaldı - VİDEO

24 Fevral 2017 13:00

Çində azyaşlı qız pəncərə silərkən başına iş gəlib. Dəmir çərçivə ilə pəncərə arasında dayanıb şüşə silən qız anidən yıxılıb. Ayağı sürüşən qız çərçivədən asılı halda qalıb.  Səsi eşidən qonşular qızın köməyinə çatıb, onu xilas ediblər. Bu barədə Milli.az xarici mediaya istinadla xəbər verir.

XƏBARDARLIQ

24 Fevral 2017 12:57

Bakıda və Abşeron yarımadasında fevralın 26-sı gündüzdən 27-si səhərədək güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

ŞOK İDDİA - Lenin dirildi - VİDEO

24 Fevral 2017 12:54

Ölümündən günümüzə qədər Mavzoleydə saxlanılan Lenin hərəkət edir, gecələr Kremlin dəhlizlərində gəzişir. 2011-ci ildə Leninin yaşadığını əks etdirən videogörüntülər internetdə yayımlananda çoxları buna inanmadı.

Yəməndə PARTLAYIŞ: ölənlər var

24 Fevral 2017 12:50

Yəmənin cənub-qərbində, Abyan əyalətinin Zincibar şəhərində partlayış baş verib. Terrorçu-intiharçı minalanmış avtomobillə hərbi düşərgənin giriş hissəsinə gələrək partlayıcı qurğunu işə salıb. Hadisə nəticəsində ən azı 5 hərbçi ölüb. Partlayışdan sonra hökumət qüvvələri ilə silahlılar arasında atışma olduğu bildirilir. Terrorçunun "Əl-Qaidə" təşkilatının üzvü olduğu ehtimal edilir.

Milli Qəhrəmanlar beynəlxalq VİKİPEDİYADA

24 Fevral 2017 12:44

Azərbaycan haqqında məlumat bazasının genişlənməsi və vikipediyanın etibarlı mənbələrlə zənginləşməsi üçün AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin əməkdaşları tərəfindən vikipediyaya məqalələrin əlavə edilməsi prosesi davam edir. MEK – dən “Olaylar” – a bildirilir ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş Qarabağ müharibəsi iştirakçısı olan Milli Qəhrəmanlar - Albert Aqarunov, Əlif Hacıyev, Əliyar Əliyev, Vəzir Orucovun Vikipediyadakı məqalələri italyan, fransız, ispan və alman dillərinə tərcümə edilərək xarici dillərdə olan Vikipediyalara yerləşdirilib.