2 560 767 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb
Lənkəran regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Cəlilabad şəhərində və Lənkəran Dövlət Universitetində maarifləndirilmə-məlumatlandırma tədbirləri keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə bildirilib ki, olduğu yer üzrə qeydiyyatın Dövlət Miqrasiya Xidmətinə həvalə edildiyi vaxtdan - 2013-cü il aprelin 1-dən ölkədə qalma müddətinə müvafiq olaraq respublikamıza girişi qeydə alınmış əcnəbilərdən ölkədə qalma müddətinə uyğun olaraq 2 milyon 560 min 767 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb.
24 Fevral 2017 13:20 SosialLənkəran regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Cəlilabad şəhərində və Lənkəran Dövlət Universitetində maarifləndirilmə-məlumatlandırma tədbirləri keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə bildirilib ki, olduğu yer üzrə qeydiyyatın Dövlət Miqrasiya Xidmətinə həvalə edildiyi vaxtdan - 2013-cü il aprelin 1-dən ölkədə qalma müddətinə müvafiq olaraq respublikamıza girişi qeydə alınmış əcnəbilərdən ölkədə qalma müddətinə uyğun olaraq 2 milyon 560 min 767 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb.
Qeyd edilib ki, bu qədər müraciətin qəbul edilməsi, baxılıb münasibət bildirilməsi səsləndiyi kimi asan olmasa da mobil bir qurumun peşəkar kollektivi bu işlərin öhdəsindən yüksək səviyyədə gəlməyi bacarır. Həmçinin vurğulanıb ki, Xidmət vahid miqrasiya məlumat sistemi vasitəsilə Azərbaycanda yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunu aparır. Vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi istiqamətində DMX tərəfindən görülən tədbirlər nəticəsində Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildən bu vaxta qədər 1871 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, 58 nəfər isə bərpa edilib. Bununla belə, Xidmət tərəfindən 100 mindən çox şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılıb və araşdırma nəticəsində 70 min 994 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınaraq, onlar aidiyyəti dövlət qurumu tərəfindən Azərbaycan vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin ediliblər.