679 nəfərə böyrək köçürülüb
Kliniki Tibbi Mərkəzin Hemodializ şöbəsində ölkədə xroniki böyrək çatışmazlığı (XBÇ) və ya böyrəklərin xroniki xəstəliyi (BXX) ilə mübarizə, bu sahələrdə xəstələrə dövlət qayğısı, həyata keçirilən tədbirlərə həsr edilmiş toplantı keçirildi.
24 Fevral 2017 13:12 SosialKliniki Tibbi Mərkəzin Hemodializ şöbəsində ölkədə xroniki böyrək çatışmazlığı (XBÇ) və ya böyrəklərin xroniki xəstəliyi (BXX) ilə mübarizə, bu sahələrdə xəstələrə dövlət qayğısı, həyata keçirilən tədbirlərə həsr edilmiş toplantı keçirildi.
Hazırda Azərbaycanda 38 hemodializ mərkəzində 590 hemodializ aparatı 3111 xəstəyə xidmət edir. Bunlardan 1273 nəfər Bakı şəhərində, 1838 nəfər regionlarda tam dövlət hesablı hemodializlə təmin olunublar. Nazirlər Kabinetinin 2016-2020-ci illər üçün "Xroniki Böyrək Çatışmazlığı" Dövlət Proqramına uyğun olaraq 2016-cı ildə Ağsu, Göygöl, Biləsuvar və Qusar rayonlarında hemodializ şöbələri istifadəyə verilib.
Tədbirdə cari ildə regionlarda hemodializ mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulduğu qeyd olundu. 2017-ci il regionlardan Zərdab və Masallı da yeni hemodializ mərkəzlərinin açılacağı gözlənilir. Bakı və Sumqayıtdan olan hemodializ xəstələrinin sayının artmasını nəzərə alaraq bu il 3 saylı şəhər xəstəxanasına əlavə 10 aparatın təqdim edilməsi, 26 saylı birləşmiş şəhər xəstəxanasında yeni 20 aparatlıq hemodializ şöbəsinin və Sumqayıt şəhərində 20 aparatlıq ikinici hemodializ şöbəsinin istifadəyə verilməsi nəzərdə tutulur. "Xroniki Böyrək Çatışmazlığı" proramı üzrə 679 nəfər böyrəkköçürülmüş xəstə var. Onlar 13 adda dərman preparatları ilə dövlət hesabına tam təmin olunurlar.