“Azərbaycan ötən əsr davamlı olaraq ermənilərin etnik təmizləmə siyasətinə məruz qalıb”
Olaylar.az xəbər verir ki, Milli Məclisin iclasında Vahid Əhmədov belə deyib. V.Əhmədov qeyd edib ki, bu etnik təmizləmə siyasəti Sovet illərində davam etdirilib: “SSRİ dağıldıqdan sonra erməni qəsbkarları Dağlıq Qarabağı işğal etmək üçün hərəkətə keçdi.
24 Fevral 2017 13:14 SiyasətOlaylar.az xəbər verir ki, Milli Məclisin iclasında Vahid Əhmədov belə deyib.
V.Əhmədov qeyd edib ki, bu etnik təmizləmə siyasəti Sovet illərində davam etdirilib: "SSRİ dağıldıqdan sonra erməni qəsbkarları Dağlıq Qarabağı işğal etmək üçün hərəkətə keçdi. Bu yolda da azərbaycanlılara qarşı saysız cinayətlərə əl atdılar. Xocalı soyqırımını da düşmənin bu çirkin niyyətləri ortaya çıxardı. Beynəlxalq təşkilatlar və dövlətlər Xocalı soyqırımını tanımalı, buna hüquqi qiymət verməlidirlər. Bunun üçün ölkədən kənarda təbliğtat işlərini gücləndirməliyik. Hüquq mühafizə orqanları da digər ölkələrin hüquq mühafizə orqanları, məhkəmələriylə işbirliyində olmalı, bu cinayətə hüquqi qiymətin verilməsi üçün şərait yaratmalıdırlar".