Nazir Ağdaşda vətəndaşlarla görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü fevralın 24-də Ağdaşda keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, nazir Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarının sakinlərini qəbul edib. Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb.
24 Fevral 2017 13:18 SosialMədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü fevralın 24-də Ağdaşda keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, nazir Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarının sakinlərini qəbul edib. Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb. Budəfəki görüşdə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub. Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülərək lazımi tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.