Gündəm
Azərbaycan XİN rəhbəri: “Qarabağ danışıqlarında optimist deyiləm”
“Təəssüf ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı görüşlərə optimist yanaşmıram. Ermənistanlı həmkarım da çıxışlarında yer qoymur ki, nə isə müsbət bir şey müzakirə edək”. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.
"Qərb XX əsrin ən vəhşi qətliamı olan Xocalı soyqırımına göz yumur"
"Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməlidir". Bunu Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş deyib. N.Kurtulmuş qeyd edib ki, beynəlxalq ictimaiyyət 1992-ci il fevralın 26-da Xocalıda yaşanan qeyri-insani hərəkətlərə biganə qalmamalıdır. Baş nazirin müavini Xocalı qətliamının ildönümü ilə bağlı açıqlamasında 25 il öncə Xocalıda erməni quldurları tərəfindən törədilən soyqırımı nifrətlə andığını vurğulayıb: "Unutmadıq, unutdurmayacağıq".
Təhsil müəssisələrinin akkreditasiyası qaydalarında DƏYİŞİKLİK
Azərbaycan Nazirlər Kabineti "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nda dəyişiklik edib. Nazirlər Kabinetindən verilən məlumata görə, yeni qərara əsasən, bundan sonra "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nda magistratura səviyyəsi üzrə təhsil fəaliyyətini həyata keçirən ali təhsil müəssisələri üçün müəyyən edilmiş müddəalar Azərbaycan Milli Elmlər Akademiyasına da şamil ediləcək.
Abdolbari Goozala “Şöhrət” ordeni təqdim edildi
"Xəyal Adası" müasir yaşayış kompleksində "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Goozala "Şöhrət" ordeninin təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov,Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik, Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov da qatılıb. Təqdimat mərasimindən öncə "Azərsun Holdinq" in bu günə qədər keçdiyi yolu, şirkətin Azərbaycan iqtisadiyyatına töhvəsini əks etdirən film nümayiş olunub. Daha sonra Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Abdolbari Goozala "Şöhrət" ordenini təqdim edib. Təqdimat mərasimində çıxış edən Ə. Həsənov bildirib ki, “Azərsun Holdinq” sadəcə milli şirkət deyil. Bu şirkət sərhədləri adlamış, kifayət qədər yer tutaraq xarici bazarlarda rəqabətədavamlığı ilə bölgənin transmilli şirkətlərindən biri kimi tanınır.
PKK Türkiyənin F-16 qırıcısını vurdu – ŞOK İDDİA
PKK terror təşkilatı Diyarbəkrdə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısını vurub.
Xocalı faciəsi Bəstəkarlar İttifaqında anıldı
Azərbaycan Bəstəkarlar İttifaqında Xocalı faciəsinin 25 – ci illiyinə həsr olunmuş anım tədbiri keçirilib. İttifaqdan “Olaylar” –a verilən məlumata görə, tədbir iştirakçıları üçün öncə Xalq artisti Cövdət Haciyevin “Matəm” marşı“ səsləndirilib və”Xocalı faciəsinin qurbanlarının xatirəsinə bir dəqiqəlk sükütla yad edilib.
ADMİU-da Xocalı faciəsi anıldı
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçirilib. Universitetdən “Olaylar” - a verilən məlumatda bildirilir ki, tədbirdə iştirak edən universitetin professor-müəllim, tələbə heyəti bütövlükdə bəşəriyyətə qarşıtörədilən tarixi cinayət olan Xocalı faciəsində qətlə yetirilmiş şəhidlərin əzizxatirəsini bir dəqiqəlik sükut ilə yad ediblər.
Türkiyədə “Hayırlı olsun” demək də təhlükəlidir...
Türkiyənin «Pinqvin» adlı məşhur satirik jurnalı bir karikatura dərc edib. Seçki kabinəsində olan adam əlindəki bülletendə seçimlərdən birinin yerinə «hə», o birininkinə isə «yox» əvəzinə «terrorçu» yazıldığını görüb gözlərini bərəldir.
Barak Obama Ukraynada dövlət çevrilişində ittiham edildi
ABŞ-ın Nyu-York və bir sıra digər şəhərlərində Ukraynadakı Maydan hərəkatının ildönümünə həsr olunmuş yürüşlər keçirilib. Aksiyaları Beynəlxalq Şiller İnstitutu təşkil edib.
Xocalı qətliamının şahidi: "Ermənilər hamilə qadının qarnından körpəni çıxarıb yerinə pişik qoymuşdu..."
Ermənilərin Xocalıda törətdiyi soyqırımdan 25 il keçir. Həmin gecə ermənilərin 366-cı motoatıcı alayın köməyi ilə Azərbaycanın Xocalı şəhərində dünyada misli görünməyən vəhşiliklər törətdilər.
Mülayim küləkli, dumanlı hava
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.
"Atəşkəsdən sonra 32 uşaq erməni terrorunun qurbanı olub"
"Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli səhifələrdən biri kimi daxil olub". Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş "Xocalı faciəsi: unudulmayan tarix və günahsız uşaqlar" adlı tədbirdə deyib.
Dünya TƏHLÜKƏDƏ: Antarktida yarıldı - VİDEO
Cənub yarımkürəsindəki Antarktida qitəsində ən böyük buz sahəsi qlobal istiləşmənin təsiri nəticəsində çatlayıb.
"Qarabağ" və "Tottenhem"
3 yaşında öldürülməli idi, 14 il sonra dəhşətli qətlin üstünü açdı: ""Anan səni tərk etdi" dedilər"
Konyada qohumları tərəfindən 14 il əvvəl bacısı və iki oğlu tərəfindən kəmərlə boğularaq öldürüldüyü ortaya çıxan qadının 17 yaşlı qızı Aleyna Gökçənin çətin həyat mübarizəsi eşidənləri duyğulandırır. Ailənin 3 yaşındaykən öldürmək qərarı verdiyi, ancaq son anda bu fikirdən imtina etdikləri gənc qız, illərdir itkin düşdüyü deyilən anasıyla bağlı tükürpədici etiraf edib.



.jpg)










