Gündəm

Bahar Muradovadan Zeynəb Xanlarovaya cavab:"Siyasəti siyasətçilər danışmalıdır”

24 Fevral 2017 15:05

Vitse-spiker Bahar Muradova parlamentin Xocalı soyqırımı ilə bağlı müzakirələrdə həmkarı Zeynəb Xanlarovanın çıxışına reaksiya verib. “Olaylar”ın xəbərinə görə, o, qeyd edib ki, bu yaxınlarda mətbuatda oxuyub ki, Z. Xanlarova da Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub : “Mən bunu alqışlayıram. Hesab edirəm ki, sizin fikirləriniz sülh prosesinin içində də olmalıdır. Amma siyasəti siyasətçilər danışmalıdırlar. Hərbi işi də hərbçilər görməlidir. Mən başa düşürəm ki şəhidlərimiz olur. Ancaq biz tariximizi də unutmamalıyıq. Bu cür soyqırımlar haqqında da indi də danışmalıyıq, torpaqlarımız alınandan sonra da”.

Zeynəb Xanlarova: “Hər gün ölməkdənsə birdəfəlik ölmək lazımdır”

24 Fevral 2017 15:03

“Neçə illərdir ki, bu məclisdən hamı çıxış edir. Bu çıxışlar hara gedir? Nə qədər özümüz deyib özümüz eşidəcəyik ki? Mənim torpağım alınıb, mən niyə dayanmalıyam? O illərdən bu yana nə qədər şəhidlər gedib. Bir dəfəlik müharibə edək”. “Olaylar” xəbər verir ki, bunu millət vəkili Zeynəb Xanlarova parlamentin bu gün keçirilən iclasında deyib.

Oqtay Əsədov: ” Artıq ağlaşma yaratmayacağıq”

24 Fevral 2017 15:02

“Erməni obrazını ən gözəl şəkildə dahi rus şairi Puşkin yaradıb. O deyib: “Tı vor, tı trus – tı armyanin!”. “Olaylar” xəbər verir ki, bunu Xocalı faciəsinin 25 illiyi ilə bağlı Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deyib. Spiker Ermənistanı nəzərdə tutaraq qeyd edib ki, arxalı köpək qurd basar: “Erməni obrazı ilə bağlı demək istəyirəm ki, arxalı köpək qurd basar – atalar belə deyib. Zaman da göstərdi ki, bizim özümüz özümüzə dayağıq. Ağlaşma obrazı yaratmayacağıq”.

Putin Ukrayna üçün nələri təklif edir? – BÖYÜK SÖVDƏLƏŞMƏ

24 Fevral 2017 14:55

Rusiya Ukraynaya əvəz olaraq ABŞ-a Yaxın Şərqdə canlı hərbi qüvvəni və Uzaq Şərqdə loyallığı təklif edə bilər. “Təsəvvür edin ki, ABŞ böyük bir ailənin olduğu zəngin mənzildir. Amma dələduz qonşu hər gecə perforatorla divarı deşir. Siz əsəbiləşirsiniz, ailəyə qışqırırsınız, işdə hər şey əlindən düşür, layihələr dağılır. Amma divarın deşilməsini dayandırmağa və aləti yeşiyə qoymağa söz verə bilərik”, - Venediktov hesab edir.

DƏHŞƏT: öldürdüyü körpəni yeyəndə həbs edildi

24 Fevral 2017 14:52

Hindistanda dəhşətli hadisə baş verib. Adı Nazım Miyan olan 20 yaşlı yamyam 7 yaşlı uşağı öldürüb. Öldürdüyü körpənin meyitini yeməyə hazırlaşanda isə polis tərəfindən həbs edilib.

Ərdoğanın Rusiya səfərinin vaxtı açıqlandı

24 Fevral 2017 14:44

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9-10 mart tarixlərində Rusiyaya səfər edəcək. 

Siqaretlərin güzəştli idxalından sui-istifadənin büdcəyə vurduğu ziyanın məbləği açıqlanıb

24 Fevral 2017 14:42

"Vergi məcəlləsində tütün məmulatlarını və spirtli içkilərin şəxsi istehlak məqsədilə ölkəyə güzəştli gətirilməsinə dair güzəştlərdən şəxsi tələbat üçün yox, satış məqsədilə istifadə edilir". Bu barədə Qubada səfərdə olan Dövlət Gömrük Komitəsinin (DGK) sədriAydın Əliyev jurnalistlərə açıqlamasında bildirib.

İşçi qrupun rəhbəri: "Elnur Hüseynzadə ilə bağlı beynəlxalq təşkilatlarla iş aparılır"

24 Fevral 2017 14:41

"Hazırda Elnur Hüseynzadənin işi ilə bağlı beynəlxalq təşkilatlara birgə iş aparılır". Bunu  Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib. O qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları E. Hüseynzadə ilə görüşüblər: "Elnur Hüseynzadənin səhhətində heç bir problemi yoxdur, onun hər hansı bir şikayəti olmayıb. Ermənistan isə bildirir ki, onun haqqında cinayət işi başlanıb. Buna görə də hər hansı məlumat verilmir".

Floradan Aygünə: "Kimlərin arxasınca sürünürsən?"

24 Fevral 2017 14:38

Xalq artisti Aygün Kazımovanın həmkarı Flora Kərimova haqqında dediyi, "Urinoterapiya ona əks təsir göstərib" sözləri onlar arasındakı qalmaqalı yenidən alovlandırıb.

Dövlət rəsmisi Xocalıya görə ABŞ səfirlərini ittiham etdi

24 Fevral 2017 14:33

"Xocalı faciəsi ilə bağlı maarifləndirmə işlərinin aparılmasında ölkə televiziyalarının üzərinə yük düşür. Lakin onların başı şouya qarışdığı üçün bu gün biz bu istiqamətdə işləri görmürük".

Elşən İsmayıl yazır... "Xocalıya ağlamaram..."

24 Fevral 2017 14:31

Könül gözüm açılıbdır, Bir də heç vaxt bağlamaram. Daha göz yaşım quruyub, Xocalıya ağlamaram...

Avropa üçün əhəmiyyətli layihə-Cənub Qaz Dəhlizi

24 Fevral 2017 14:29

Fevralın 23-də yenidən bütün dünyanın diqqəti Bakıya yönəlmişdi. Belə ki, qeyd edilən tarixdə Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 3-cü iclası keçirilirdi.  Azərbaycan Respublikasının Prezident İlham Əliyevin də iştirak etdiyi həmin görüşdə sözügedən layihənin həyata keçirilməsi istiqamətində bu vaxta qədər görülən işlər, eləcə də qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparıldı. Layihənin Avropa üçün olduqca əhəmiyyətli hesab edilməsi onu olan maraqdan da hiss edilirdi. Sözügedən layihə Avropa ilə bərabər, Azərbaycan üçün də olduqca böyük əhəmiyyətə malikdir. İlk növbədə bu Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı mühüm rolun təsdiqidir. Elə əksəriyyət ekspertlər də bu qənaətdədirlər.

Bayram Səfərov: “Ermənilərlə qonşu olmağa məcburuq”

24 Fevral 2017 14:18

"Biz ermənilərlə qonşu olmağa məcburuq. Amma bizim gənclərimiz ermənilərin xalqımızın başına gətirdikləri faciələri unutmamalı, Qarabağın tarixini dərindən öyrənməlidir".

Cibuti XİN rəhbəri: “Azərbaycan beynəlxalq arenada nüfuzunu artıran ölkədir”

24 Fevral 2017 14:16

“Azərbaycanla Cibuti arasında əməkdaşlıq ötən əsrin 90-cı illərindən başlayıb. O zaman Cibuti 4 qətnamənin qəbulunda Azərbaycana dəstək verib”.  Bunu Cibuti xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.