Gündəm
Milli Məclis Xocalı soyqırımı ilə bağlı qərar qəbul etdi
Oqtay Əsədov: “XX əsrdə ermənilər yüz minlərlə azərbaycanlını qətlə yetirib” Milli Məclisin fevralın 23-də keçirilən plenar iclası Xocalı soyqırımına həsr olunub. Spiker Oqtay Əsədov bildirib ki, 1992-ci il fevralın 25-dən 29-na keçən gecə erməni şovinistləri öz himayardarlarının və havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı soyqrım törədib: “Ötən əsrdə ermənilər yüz minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirib. İrəvan, Göyçə, Zəngəzur və digər yerlərdə qətliamlar törədiblər. Həmçinin Qarabağda əsasız olaraq status əldə ediblər. XX əsrdə Qərbi Azərbaycandan bir milyondan çox insan qovulub”.
Firəngiz Əlizadə: Mehriban Əliyeva Azərbaycan musiqisinin, mədəniyyətinin inkişafına böyük töhfə verib
Mehriban Əliyeva Azərbaycan musiqisinə, mədəniyyətinə böyük töhfə verib. Bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə deyib.
Tarix Muzeyində "26-cı ümid"
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə tariximizin qanlı səhifəsi olan Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan “26-cı ümid” adlı anım tədbiri keçirilib. Muzeydən “Olaylar” –a bildirilir ki, tədbirdə Azərbaycan Rəssamlar və Teatr Xadimləri İttifaqının üzvü, rəssam Elşən Sərxanoğlunun eyni adlı triptix formalı rəsm əsərinin təqdimatı olub. Əsəri muzeyə hədiyyə edən rəssamın "26-cı ümid" adlı triptix formalı rəsm əsəri Muzeyin Konfrans zalında sərgilənir.
Xocalıda qətlə yetirilən insanlar eyni zamanda İslam inancına görə öldürülüblər
Deputat Siyavuş Novruzov parlamentin plenar iclasında qeyd edib ki, Azərbaycanın hüquq-mühafizə orqanları Xocalı soyqırımını törədən canilər haqqında şifahi də olsa cinayət işi açmalı və məhkəmə hökm çıxarmalıdır.“Olaylar” xəbər verir ki, deputat qeyd edib ki, bunun üçün oturub gözləmək olmaz: “Gözləmək olmaz ki, onlar haçansa tutulub gətiriləcək. Barələrində indidən qərar çıxarılmalıdır.
Azərbaycan Cəbrayıl, Füzuli və Agdamın bir çox kəndləri azad edə bilər
Ermənistan cəbhə bölgəsində və dövlət sərhəddi istiqamətində atəçkəsi pozmaq, diversiya təxribatları həyata keçirməklə, vəziyyəti gərginləşdirməyə və danışıqlar prosesini əngəlləməyə çalışır. “OLAYLAR”-ın xəbərinə gör, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanın bu avantürası rəsmi Kremldən idarə olunur.
Veysəloğlu Şirkətlər Qrupu qanvermə aksiyası keçirib
Veysəloğlu Şirkətlər Qrupu fevralın 24-də “Bir damla qan qurtarılan bir can” adlı növbəti qanvermə aksiyasını həyata keçirib. Şirkətdən “OLAYLAR”-a bildirilib ki, aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara və eyni zamanda bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara təmənnasız yardım etməkdən ibarət idi. Respublika Mərkəzi Qan Bankının həkim heyyətinin müşaiyyəti ilə həyata keçirilən aksiyada şirkətlər qrupunun çox saylı əməkdaşı donor qismində iştirak edib.
“Günəşli” yatağında yeni quyu istismara verilib
“Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündən 354 nömrəli quyu qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın xəbərinə görə, məhsuldar qat çöküntülərinin VI horizontunun 2578-2404 metr intervalından perforasiya olunan quyu, gündəlik 170 min kubmetr qaz və 2 ton kondensat hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.
Atatürk Liseyində Xocalı qurbanları anılıb
Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Anım mərasimi faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin oxunması ilə başlayıb.
Buraxılış imtahanlarında inşalara verilən tələblər açıqlanıb - SİYAHI
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi təhsil səviyyəsi (IX və XI siniflər) üzrə buraxılış imtahanlarında şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər haqda məlumat yayıb.
Xarici ölkəyə casusluq edən iki Azərbaycan vətəndaşı saxlanılıb
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşları Əmiri Elşən Məcid oğlu və Babayev Elçin Tacir oğlunun casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyənləşib.
Mahmud Əli Yusuf: “Xocalı faciəsi ilə bağlı qətnamənin qəbulu Cibutinin mövqeyinin açıq göstəricisidir”
“Xocalı faciəsi ilə bağlı qətnamənin qəbulu Cibutinin münaqişəyə dair mövqeyinin açıq göstəricisidir”. Bunu Cibuti xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir
Fevralın 24-də Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib, faciə qurbanlarının xatirəsi anılıb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, tədbirdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov mənfur ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərdən danışıb.
II Beynəlxalq mahnı müsabiqəsi keçiriləcək
Aprel ayının 21-də Bakı şəhərində Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə “YOUTHVİSİON” II Beynəlxalq mahnı müsabiqəsinin həyata keçirilməsi planlaşdırılır. Bu barədə məlumat “OLAYLAR”-a GİN-in mətbuat katibliyindən daxil olub. Bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd yaradıcı və istedadlı gənclərin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Müsabiqə haqqında məlumatın yerləşdirilməsi və iştirakçıların onlayn qeydiyyatı məqsədi ilə 2016-cı ildə youthvision.az saytı istifadəyə verilib. Müsabiqə 14-35 yaş arası gənclər arasında keçirilir. Müsabiqənin ümümi mükafat fondu 6000 ABŞ dolları təşkil edir.
AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasında
Almatı şəhərində Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaq keçirilib. Yubiley tədbirində QR MEA-nın həqiqi, müxbir və fəxri üzvləri, tanınmış ictimai və mədəniyyət xadimləri, həmçinin Azərbaycan, Rusiya, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Özbəkistan, Cənubi Koreya, Çin və digər ölkələrdən gələn nümayəndə heyətləri iştirak ediblər.
Xocalı faciəsinin anım günündə -“İçəri Şəhər”
Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar olaraq “İçəri Şəhər” bədii filmi fevralın 26 – da saat 11:20-də Park Cinema “Flame Towers” kinoteatrında nümayiş etdiriləcək. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.











.jpg)

.jpg)
