Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir
Fevralın 24-də Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib, faciə qurbanlarının xatirəsi anılıb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, tədbirdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov mənfur ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərdən danışıb.
24 Fevral 2017 15:14 SosialFevralın 24-də Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib, faciə qurbanlarının xatirəsi anılıb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, tədbirdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov mənfur ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərdən danışıb. AzTU-nun İctimai fənlər kafedrasının baş müəllimi Arif İbrahimovsa tədbir iştirakçılarına qətliamın tarixi aspektləri haqqında danışıb. Xocalı sakini, Xəzər rayon icra nümayəndəsi Allahverdi İmanov tədbir iştirakçılarına şahidi olduğu həmin gecənin görünməyən dəhşət olduğunu bildirib. Allahverdi İmanov Xocalıya hücum zamanı əhalinin ən vacib əşyalarını belə götürməyə imkan tapmadığını deyib. Sonda Xocalı soyqırımına həsr olunan ədəbi-bədii kompozisiya və sənədli film nümayiş olunub.