AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasında
Almatı şəhərində Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaq keçirilib. Yubiley tədbirində QR MEA-nın həqiqi, müxbir və fəxri üzvləri, tanınmış ictimai və mədəniyyət xadimləri, həmçinin Azərbaycan, Rusiya, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Özbəkistan, Cənubi Koreya, Çin və digər ölkələrdən gələn nümayəndə heyətləri iştirak ediblər.
24 Fevral 2017 15:11 SosialAlmatı şəhərində Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaq keçirilib. Yubiley tədbirində QR MEA-nın həqiqi, müxbir və fəxri üzvləri, tanınmış ictimai və mədəniyyət xadimləri, həmçinin Azərbaycan, Rusiya, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Özbəkistan, Cənubi Koreya, Çin və digər ölkələrdən gələn nümayəndə heyətləri iştirak ediblər.
Yubiley tədbirində respublikamızı Azərbaycan Milli ElmlərAkademiyasının vitse-prezidenti vəzifəsini icra edən, akademik DilqəmTağıyev və AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsininrəisi, professor Əminağa Sadıqov təmsil ediblər. Təbrik nitqində birgəelmi tədqiqatların prioritet sahələrindən danışan akademik DilqəmTağıyev çoxşahəli ikitərəfli əməkdaşlığın gələcəkdə də inkişafedəcəyinə əminliyini bildirib.
Ümumi yığıncaqda çıxış edən Qazaxıstan Respublikasının Prezidenti, akademik Nursultan Nazarbayev sessiya iştirakçılarını qurumun 70 illik yubileyi münasibətilə təbrik edərək, Qazaxıstan elminin təşəkkülündə Akademiyanın xidmətlərindən danışıb.
Sonra QR MEA-nın prezidenti, akademik Murat Jurinov rəhbəri olduğuqurumun ölkə elmi, mədəniyyəti və iqtisadiyyatının inkişafındaoynadığı rolu haqqında məruzə ilə çıxış etdi.