Mahmud Əli Yusuf: “Xocalı faciəsi ilə bağlı qətnamənin qəbulu Cibutinin mövqeyinin açıq göstəricisidir”
“Xocalı faciəsi ilə bağlı qətnamənin qəbulu Cibutinin münaqişəyə dair mövqeyinin açıq göstəricisidir”. Bunu Cibuti xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
24 Fevral 2017 15:14 Siyasət"Xocalı faciəsi ilə bağlı qətnamənin qəbulu Cibutinin münaqişəyə dair mövqeyinin açıq göstəricisidir". Bunu Cibuti xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, bəzən BMT Təhlükəsizlik Şurasında qəbul olunan qətnamələr icra edilmir: "Bu tək Qarabağ problemi ilə bağlı deyil. Biz davamlı olaraq bu kimi qətnamələri qəbul etməklə, ədaləti dəstəklədiyimizi bildirməliyik".