Gündəm
Elnur Soltanov: ""Cənub Qaz Dəhlizi" Avropaya qaz idxalında ən əhəmiyyətli və real layihədir"
"Cənub Qaz Dəhlizi" Avropaya qaz idxalının şaxələndirmə siyasətində ən əhəmiyyətli, ən real və qısa dönəmdə həyata keçirilməsi planlaşdırılan yeganə layihədir.
Qlobal geosiyasi mənzərədə dəyişiklik: yeni qüvvələr nisbətinə doğru
Vidadi Zeynalov etiraz etdi: "Bu absurddu"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Deputat: “Xocalı soyqırımı Sərkisyanın vicdanında qara ləkədir”
ATƏT Parlament Assambleyasının bu gün keçirilən Siyasi məsələlər və Təhlükəsizlik komitəsinin iclasında “ATƏT regionunda transmilli terrorçuluq” mövzusunda xüsusi debatda Milli Məclisin deputatı Tahir Mirkişili də çıxış edib.
Deputatlar soyqırım abidəsinin ucaldılmasını təklif ediblər
Millət vəkilləri Musa Qasımlı və Rafael Cəbrayılov Şəhidlər xiyabanında soyqırımı abidəsinin ucaldılmasını təklif ediblər. “Olaylar” xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında deputat M.Qasımlı bildirib ki, bu abidə təkcə Xocalı hadisələrini deyil, digər soyqırımları da özündə əks etdirməlidir. O, deyib ki, Xocalı faciəsi ilə bağlı təbliğat işləri gücləndirilməlidir.
Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagirdləri Tarix Muzeyində
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir. Muzeydən “Olaylar” – a bildirilir ki, layihə çərçivəsində fevral ayı ümumtəhsil məktəblərində “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusuna həsr olunub. Mövzunun seçilməsində əsas məqsəd şagirdləri Azərbaycanın ekoloji tarixi, mədəniyyəti, etnoqrafiyası, incəsənəti barədə maarifləndirmək, onların diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına və mühafizə edilməsinə yönəltməkdi.
Mən bir gənc kimi belə hesab edirəm ki...
Demokratik Gənclər Hərəkatının sədri Murad Ağamiyev deyib ki, müstəqil və müasir Azərbaycan yerləşdiyi regionda bütün sahələrdə liderlik mandatını uzun illərdir ki, ləyaqətlə qoruyub, saxlayır və mühafizə edir.Onun sözlərinə görə, Cənab Prezidentin mövcud tendensiyanı stabil formada saxlamaq cəhdləri, gördüyü böyük işlər sözün həqiqi mənasında öz yüksək səmərəsini artıqlaması ilə verir: “Vətəndaş-hökumət münasibətlərinin istiləşməsi, həmrəylik təşkil etməsi icraya qoyulmuş priorited tapşırıqlardan biridir. Hətta mən deyərdim ən önəmlisidir.
Mehriban Əliyeva hər zaman açıq islahatlara hazır şəxs kimi tanınır
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Birinci vitse-prezidenti təyin edilməsini tarixi hadisə adlandırıb: "Bu sərəncam Azərbaycan tarixində yeni bir səhifənin açılması deməkdir. Mehriban xanımın son bir neçə ildəki fəaliyyətinə baxsaq görərik ki, onun təşəbbüsü ilə reallaşan müxtəlif yönümlü layihələr həm uzunmüddətli olur, həm də cəmiyyətə böyük fayda gətirir. Burada vurğulanası digər maraqlı məqam Mehriban Əliyevanın dünya miqyasında olan yüksək çəkisindən ibarətdir.
Mehriban Əliyeva Heydər Əliyevin layiqli davamçılarındandır
Türkiyənin Ege Universitetinin məzunu, müstəqil ekspert Cəlal İbrahimov hesab edir ki, ilk növbədə Mehriban xanım Əliyeva ümummilli lider Heydər Əliyevin layiqli davamçılarındandır və hər zaman ulu öndəri həm qəlbində həm də, əməllərində yaşadır: “Ulu Öndərimizin ən sadiq davamçıları Azərbaycan Respublikasının Prezidenti , Cənab: İlham Əliyev və Mehriban Əliyevadır. Bu gün ölkəmizin hər tərəfli inkişafı bunun bariz nümunəsidir.
Nazirlik strateji yol xəritələri ilə bağlı təqdimat keçirib
Vergilər Nazirliyində “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” ilə bağlı təqdimat keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, vergilər nazirinin müavini İlkin Vəliyev təqdimat mərasimizndə çıxış edərək bildirib ki, ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə ölkə Prezidenti İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli fərmanına əsasən 12 istiqamətdə strateji yol xəritəsi təsdiq olunub.
Yavər Camalov Cibutinin xarici işlər nazirini qəbul edib
Fevralın 24-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Müdafiə Sənayesi Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nazir Yavər Camalov Azərbaycan ilə Cibuti arasında mövcud olan əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb və Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə dair nümayəndə heyətinə məlumat verib. Mahmud Əli Yusuf səmimi qəbula görə minnətdarlığını bildirib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ərdəbildə İran-Azərbaycan biznes forumu keçirilib
Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində Ərdəbildə biznes forum keçirilib. Tədbirdə Azərbaycan tərəfi yüngül və qida sənayesi, kənd təsərrüfatı, maliyyə, İKT, tikinti və s. sahələrdə fəaliyyət göstərən iş adamları ilə təmsil olunub. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, biznes forumda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, dövlət başçılarının siyasi iradəsi nəticəsində son illərdə Azərbaycan-İran əlaqələri strateji səviyyəyə yüksəlib.
Bəşəriyyət əleyhinə cinayət
rmənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan Xocalı soyqırımından 25 il ötür. Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət beynəlxalq hüquq baxımından məhz soyqırımı kimi qiymətləndirilməlidir.
Maydan hadisələrindən keçən 3 il və Krımın işğalına yol açan səbəblər
Ukraynada baş verən Maydan hadisələrinin 3 ili tamam olur. Ötən 3 il Ukrayna üçün heç də uğurlu oldu desək, yanlışlığa yol vermiş olarıq. Belə ki, Maydan hadisələri fonunda baş verən sonrakı proseslərin nəticəsi olaraq bu ölkənin ərazi bütövlüyü pozuldu, turizm bazası hesab edilən Kırım Rusiya tərəfindən zəbt edildi. Hələ də Ukrayna bu hadisələrin acı bədəlini ödəməkdədir. Bəs görəsən ekspertlər Maydan hadisələrini necə xarakterizə edir və ötən 3 il ərzində Ukraynada yaşananları necə qiymətləndirirlər?
İşğalçı ölkə aprel döyüşlərindən nəticə çıxarmayıb
Azərbaycanın beynəlxalq nüfuzunun artması Ermənistanda ciddi narahatçılıq yaradıb. Əlini hər tərəfdən üzən işğalçı dövlət çıxış yolu kimi təxribata əl atıb. Artıq bir neçə gündür ki, xəbhənin təmas xəttində erməni təxribatı qeydə alınmaqdadır. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini pozmaqda davam edirlər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötəm gün Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.














