Mehriban Əliyeva Heydər Əliyevin layiqli davamçılarındandır
Türkiyənin Ege Universitetinin məzunu, müstəqil ekspert Cəlal İbrahimov hesab edir ki, ilk növbədə Mehriban xanım Əliyeva ümummilli lider Heydər Əliyevin layiqli davamçılarındandır və hər zaman ulu öndəri həm qəlbində həm də, əməllərində yaşadır: “Ulu Öndərimizin ən sadiq davamçıları Azərbaycan Respublikasının Prezidenti , Cənab: İlham Əliyev və Mehriban Əliyevadır. Bu gün ölkəmizin hər tərəfli inkişafı bunun bariz nümunəsidir.
24 Fevral 2017 16:18 SosialTürkiyənin Ege Universitetinin məzunu, müstəqil ekspert Cəlal İbrahimov hesab edir ki, ilk növbədə Mehriban xanım Əliyeva ümummilli lider Heydər Əliyevin layiqli davamçılarındandır və hər zaman ulu öndəri həm qəlbində həm də, əməllərində yaşadır: "Ulu Öndərimizin ən sadiq davamçıları Azərbaycan Respublikasının Prezidenti , Cənab: İlham Əliyev və Mehriban Əliyevadır. Bu gün ölkəmizin hər tərəfli inkişafı bunun bariz nümunəsidir. Ümummilli liderin qurmuş olduğu Azərbaycan dövləti, tam çağdaş , demokratik və düzgün təməllər üzərinə qurulduğu üçün qalıcı və əbədi olub. Bu dövlət bu gün, Heydər Əliyevin davamçısı , Cənab; İlham Əliyevin sayəsində yüksək inkişaf tempi ilə irəliləməkdədir". Cəlal İbrahimov deyib ki, Heydər Əliyevin sadiq davamçısı İlham Əliyev və xanımı Mehriban Əliyevanın ölkəmiz üçün, görmüş olduğu bütün yeniliklər ümummilli liderin ən böyük istək və arzuları idi: "Türk- İslam aləmində qadının çalışqan və bütün sahələrdə əzimkarlığı Mehriban xanımın simasında görülüb. Mehriban xanım bütün qərb və şərq dünyasına Azərbaycan qadınının nələrə qadir olduğunu gördüyü işlərlə göstərdi. Bu işlərin ən önəmlisi "Dinlər və Millətlər Arası Dialoq" adı altında keçirilən iri həcimli tədbirlərdir. Mehriban Əliyevanın təşəbbüsü sayəsində bu tədbirin Azərbaycanda keçirilməsi dünya iştimayətinə böyük bir mesaj oldu. Mehriban Əliyevanın təşkilatçılığı ilə həyata keçirilən bu önəmli tədbirlər onu göstərir ki, Azərbaycan xalqı dünya insanlığının həmrəyliyinə və birliyinə çalışır. Azərbaycan xalqının qonaqpərvər, mehriban və insanlara qarşı isti münasibətdə olması, məhz Mehriban xanım gördüyü işlər nəticəsində dünyaya nümayiş edilib". O bildirib ki, Mehriban Əliyevanın təhsil, uşaq baxçaları, səhiyyə, ekologiya , kimsəsiz uşaqlar, xəstə uşaqlar, sənət, musiqi ,incəsənət, demək olar ki, bütün sahələrə göstərdiyi diqqət və qayğı Azərbaycan vətəndaşları çox sevindirir.