Ərdəbildə İran-Azərbaycan biznes forumu keçirilib
Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində Ərdəbildə biznes forum keçirilib. Tədbirdə Azərbaycan tərəfi yüngül və qida sənayesi, kənd təsərrüfatı, maliyyə, İKT, tikinti və s. sahələrdə fəaliyyət göstərən iş adamları ilə təmsil olunub. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, biznes forumda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, dövlət başçılarının siyasi iradəsi nəticəsində son illərdə Azərbaycan-İran əlaqələri strateji səviyyəyə yüksəlib.
24 Fevral 2017 15:59 İqtisadiyyatAzərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində Ərdəbildə biznes forum keçirilib. Tədbirdə Azərbaycan tərəfi yüngül və qida sənayesi, kənd təsərrüfatı, maliyyə, İKT, tikinti və s. sahələrdə fəaliyyət göstərən iş adamları ilə təmsil olunub. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, biznes forumda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, dövlət başçılarının siyasi iradəsi nəticəsində son illərdə Azərbaycan-İran əlaqələri strateji səviyyəyə yüksəlib. Vurğulanıb ki, son 3 ildə Azərbaycan və İran prezidentləri 7 dəfə görüşüb, Azərbaycan və İran nümayəndə heyətləri 100-ə yaxın qarşılıqlı səfər həyata keçirib, 40 sənəd imzalanıb, Dövlət Komissiyasının 3 iclası təşkil olunub. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 500-dən çox İran investisiyalı şirkət fəaliyyət göstərir və İran tərəfdən Azərbaycan iqtisadiyyatına 2,7 milyard ABŞ dolları investisiya yatırılıb. İran Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və 2016-cı ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 70 faizə yaxın artıb. Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında imzalanmış "Xudafərin" və "Qız Qalası", eləcə də "Ordubad" və "Marazad" sazişləri hər iki tərəfdən qüvvəyə minib. 2017-ci ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 36 MVt gücündə Ordubad SES-in təməli qoyulub. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin I mərhələsi yekunlaşmaq üzrədir. Artıq Azərbaycanda 8,3 km-lik dəmir yolu xətti və dəmir yolu körpüsü hazırdır. Hazırda İranda 1,7 km dəmir yolu xəttinin və terminalın tikintisi davam edir. Nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu xətti üzrə isə işlərin 90%-dən çoxu tamamlanıb və 2017-ci ildə yekunlaşdırılacaq. Ötən il 330 kV Muğan (İmişli-Parsabad) elektrik xətti istismara verilib, elektrik satışı üzrə Çərçivə Sazişi imzalanıb. Sonda AZPROMO və Ərdəbil Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Ərdəbil Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb.