Mən bir gənc kimi belə hesab edirəm ki...
Demokratik Gənclər Hərəkatının sədri Murad Ağamiyev deyib ki, müstəqil və müasir Azərbaycan yerləşdiyi regionda bütün sahələrdə liderlik mandatını uzun illərdir ki, ləyaqətlə qoruyub, saxlayır və mühafizə edir.Onun sözlərinə görə, Cənab Prezidentin mövcud tendensiyanı stabil formada saxlamaq cəhdləri, gördüyü böyük işlər sözün həqiqi mənasında öz yüksək səmərəsini artıqlaması ilə verir: “Vətəndaş-hökumət münasibətlərinin istiləşməsi, həmrəylik təşkil etməsi icraya qoyulmuş priorited tapşırıqlardan biridir. Hətta mən deyərdim ən önəmlisidir.
24 Fevral 2017 16:20 SosialDemokratik Gənclər Hərəkatının sədri Murad Ağamiyev deyib ki, müstəqil və müasir Azərbaycan yerləşdiyi regionda bütün sahələrdə liderlik mandatını uzun illərdir ki, ləyaqətlə qoruyub, saxlayır və mühafizə edir.Onun sözlərinə görə, Cənab Prezidentin mövcud tendensiyanı stabil formada saxlamaq cəhdləri, gördüyü böyük işlər sözün həqiqi mənasında öz yüksək səmərəsini artıqlaması ilə verir: "Vətəndaş-hökumət münasibətlərinin istiləşməsi, həmrəylik təşkil etməsi icraya qoyulmuş priorited tapşırıqlardan biridir. Hətta mən deyərdim ən önəmlisidir. Sosial innovasialar və vətəndaşların müraciətləri ilə bağlı islahatlar çərçivəsində cənab Prezidentin təşəbbüsü ilə əsl Azərbaycan brendi olan ``Asan Xidmət``-in yaradılması bunun bariz nümunəsidir. Hökumət daxilində 26 sentyabrdan sonra islahat dalğasının yeni mərhələsinin başlaması nəticəsində biz bir daha müşahidə etdik ki, cənab Prezidentin ən ündə məqsədi məmur-vətəndaş münasibətlərini konkret məcraya salmaqdır. Mən belə hesab edirəm ki, Respublikanın birinci xanımının Birinci Vitse-prezident olaraq təyin edilməsini şərtləndirn ən başlıca amil məhz budur". Murad Ağamiyev deyib ki, birinci xanımın istər millət vəkili, istər QHT Sədri, istər də hakim partiyada tutduğu vəzifədə nümayiş etdirdiyi humanistlik meyillər hesabına vətəndaşların hər tərəfli rəğbətinin qazanıb: "Uzaqgörən siyasi kursun layiqli davamçısı olan cənab İlham Əliyev bütün nüansları nəzərə alıb Mehriban xanım Əliyevanı Respublikanın birinci Vitse -Prezidenti təyin etdi. Mən bir gənc kimi belə hesab edirəm ki, bu təyinatdan sonrakı dövr ən yeni tariximizin tam yeni simasını formalaşdıracaq. Mehriban xanım Əliyeva müasir dünyada ilk dəfə həm birinci xanım, həm də Prezidentdən sonra birinci idarəedici şəxs sayılır. Sözsüz ki, birinci xanım bu böyük imtiyazdan və statusundan çox məharətlə istifadə edəcək, bütün bacarıqlarını səfərbər edib, dövlətin və milli dövlətçilik məfkurəsinin inkişafında əvəzolunmaz xidmətlər göstərəcək".