Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagirdləri Tarix Muzeyində

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir. Muzeydən “Olaylar” – a bildirilir ki, layihə çərçivəsində fevral ayı ümumtəhsil məktəblərində “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusuna həsr olunub. Mövzunun seçilməsində əsas məqsəd şagirdləri Azərbaycanın ekoloji tarixi, mədəniyyəti, etnoqrafiyası, incəsənəti barədə maarifləndirmək, onların diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına və mühafizə edilməsinə yönəltməkdi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində "Ekoloji aylıqlar" layihəsi çərçivəsində tədbirlər davam edir. Muzeydən "Olaylar" - a bildirilir ki, layihə çərçivəsində fevral ayı ümumtəhsil məktəblərində "Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası" mövzusuna həsr olunub. Mövzunun seçilməsində əsas məqsəd şagirdləri Azərbaycanın ekoloji tarixi, mədəniyyəti, etnoqrafiyası, incəsənəti barədə maarifləndirmək, onların diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına və mühafizə edilməsinə yönəltməkdi.

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Gülzadə Abdulova tərəfindən Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagirdlərinə "Azərbaycan etnoqrafiyası" mövzusunda açıq dərs keçirilib. Daha sonra məktəblilər Muzeyin ekspozisiya zallarına əyani ekskursiya ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31