Nazirlik strateji yol xəritələri ilə bağlı təqdimat keçirib

Vergilər Nazirliyində “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” ilə bağlı təqdimat keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, vergilər nazirinin müavini İlkin Vəliyev təqdimat mərasimizndə çıxış edərək bildirib ki, ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə ölkə Prezidenti İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli fərmanına əsasən 12 istiqamətdə strateji yol xəritəsi təsdiq olunub.

Vergilər Nazirliyində "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi" ilə bağlı təqdimat keçirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, vergilər nazirinin müavini İlkin Vəliyev təqdimat mərasimizndə çıxış edərək bildirib ki, ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə ölkə Prezidenti İlham Əliyevin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" 2016-cı il 6 dekabr tarixli fərmanına əsasən 12 istiqamətdə strateji yol xəritəsi təsdiq olunub. Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri"nin hər birində müəyyən olunmuş hədəflər, onların mahiyyəti, habelə bilavasitə Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı olan istiqamətlər barədə məlumat verib. Bildirilib ki, Vergilər Nazirliyi 3 strateji yol xəritəsində 5 istiqamət üzrə əsas icraçı (1 istiqamət artıq 2016-cı ildə icra olunub), 9 strateji yol xəritəsində 34 istiqamət üzrə isə digər icraçı qismində müəyyən edilib. Bildirilib ki, Nazirliyin əsas icraçı olduğu sahələr əlverişli biznes mühitinin inkişaf etdirilməsi hədəfi üzrə səmərəli vergi sisteminin təşviq edilməsi, kiçik və orta sahibkarlıq subyektlərində aparılan yoxlamaların optimallaşdırılması və onların risk dərəcələri əsasında aparılması, bu sahədə stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsi, kənd təsərrufatı məhsullarının daxili bazarda ticarəti üzrə uçot göstəriciləri ilə bağlı tənzimləmə sisteminin hüquqi əsaslarının təkmilləşdirilməsi ilə bağlıdır. O da qeyd olunub ki, hər bir hədəf bir sıra mühüm komponentlərdən ibarətdir və hər bir komponent üzrə ciddi təhlillər edilərək illik iş planlarında əksini tapacaq tədbirlər həyata keçiriləcəkdir.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31