Yavər Camalov Cibutinin xarici işlər nazirini qəbul edib
Fevralın 24-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Müdafiə Sənayesi Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nazir Yavər Camalov Azərbaycan ilə Cibuti arasında mövcud olan əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb və Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə dair nümayəndə heyətinə məlumat verib. Mahmud Əli Yusuf səmimi qəbula görə minnətdarlığını bildirib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
24 Fevral 2017 16:11 SosialFevralın 24-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Müdafiə Sənayesi Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nazir Yavər Camalov Azərbaycan ilə Cibuti arasında mövcud olan əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb və Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə dair nümayəndə heyətinə məlumat verib. Mahmud Əli Yusuf səmimi qəbula görə minnətdarlığını bildirib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.