İşğalçı ölkə aprel döyüşlərindən nəticə çıxarmayıb
Azərbaycanın beynəlxalq nüfuzunun artması Ermənistanda ciddi narahatçılıq yaradıb. Əlini hər tərəfdən üzən işğalçı dövlət çıxış yolu kimi təxribata əl atıb. Artıq bir neçə gündür ki, xəbhənin təmas xəttində erməni təxribatı qeydə alınmaqdadır. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini pozmaqda davam edirlər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötəm gün Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
24 Fevral 2017 15:52 SiyasətErmənistanın hərbi təxribatı nəyə hesablanıb?
Azərbaycanın beynəlxalq nüfuzunun artması Ermənistanda ciddi narahatçılıq yaradıb. Əlini hər tərəfdən üzən işğalçı dövlət çıxış yolu kimi təxribata əl atıb. Artıq bir neçə gündür ki, xəbhənin təmas xəttində erməni təxribatı qeydə alınmaqdadır. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini pozmaqda davam edirlər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötəm gün Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb. Vəziyyətin ciddiliyini nəzərə alan Azərbaycanın müdafiə naziri Zakir Həsənov baş verənlərlə tanış olmaq üçün cəbhə xəttinə gedib. Marqlıdır, Ermənistanın belə təxribatçı hərəkətləri nəyə hesablanıb?
Millət vəkili Fəzail Ağamalı bildirib ki, cəbhə xəttində gərginliyin artması ermənilərin növbəti təxribatları nəticəsində yaranıb və onlar bu yolla, özünəməxsus formada status-kvonu qoruyub saxlamağa cəhd edirlər. Onun sözlərinə görə, göründüyü kimi ermənilər aprel döyüşlərindən özləri üçün kifayət qədər nəticə çıxarmayıblar: "Azərbaycanın milli ordusu erməni təxribatının qarşısını almağa və ya müdafiə xarakterli hərəkətlər atmaqdansa, daha ciddi addımlar atamağa getməlidir. Milli ordumuz apreldə olduğu kimi yenə öz sözünü deməlidir. Çünki münaqişənin həlli ilə bağlı yalnız epizodik çağrışlar və fikirlər səsələnməsinə baxmayaraq Ermənistanın tutuduğu qeyri-konstruktiv mövqeyi və cəbhə bölgəsində vəziyyəti gərginləşdirməsi Azərbaycanın milli ordusunun aktiv hərəkətə keçərək, onlara layiqli cavab verməsi üçün əsas yaradır". F. Ağamalı onu da əlavə edib ki, təbbi olaraq Azərbaycan ordusunun ermənilərin layiqli cavabını verməsi üçün Ali Baş Komandanın əmri lazımdır: "Əlbəttə ki, söz Ali Baş komandanındır. Ancaq Azərbaycan xalqının iradəsi, birmənalı olaraq ermənilər dərs vermək və işğal altında olan torpaqların azad olunmasına köklənib. Mən əminəm ki, Ali Baş Komandan da bunun fərqindədir. Ali Baş Komandan Azərbaycan xalqının iradəsinə söykənərək, onun ortaya qoymuş olduğu sifarişləri əsas tutaraq belə bir niyyəti yaxın zamanlarda reallaşdıracaq". Millət vəkili hesab edir ki, ermənilər yaxın zamanlarda, ola bilsin mart , ən uzağı apreldə yenidən təxribata əl ataraq lokal xarakterli hücumlar edəcək: "Ermənilərin bu təxribatı da Azərbaycanın milli ordusunu bu təxribatların qarşısını almaq üçün ciddi addımlar atmağa vadar edəcək. İnanıram ki, Azərbaycan ordusunun bu dəfə ermənilərə verəcəyi dərs 2016-ci ilin aprelindəki "dördgünlük" müharibədən daha da sarsıdıcı olacaq. Biz həm xalq, həm millət vəkilləri olaraq hamımız Azərbaycan ordusunun ermənilərə verəcəyi bu layiqli cavabı və günü səbrsizliklə gözləyir. Düşünürəm ki, əlverişli şəraitdı Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə bu addımları atacaq və buna qətiyyən heç kəsin şübhəsi olmasın".
Hərbi eksrertlər hesab edirlər ki, cəbhə xəttində gərginliyin artmasında Ermənistanı himayə edən dövlətlərin marağı var. Belə ki, Rusiyanın Ermənistana verdiyi dəstək bölgədə münaqişənin nizamlanmasına istəyin olmamasına dəlalət edir. Rusiya Ermənistanı hərbi və münaqişə rıçağı ilə əlində saxlamağa cəhd edir. Azərbaycana münasibətdə isə Qərb və Rusiya həmişə Azərbaycanın münaqişənin həllində diplomatik xətdən kənara çıxmayacağını deyirlər. Onlar hesab edir ki, bu Azərbaycanın maraqlarına ziddir, çünki ciddi uğurların əldə edildiyi bir vaxt müharibəyə başlamaq Azərbaycanın əleyhinə olardı. Amma Azərbaycan artıq radikal bəyanatlarla bunun əksini sübut edir və bütün dünyaya torpaqlarını azad etmək əzmində olduğu mesajını verir. Cənab prezident İlham Əliyevin dilindən dəfələrlə mötəbər tədbirlərdə verdiyi bəyanatlarda bu fikirlər səsləndirilib. Artıq Azərbaycan öz qəti mövqeyini, döyüş əzmini dünyaya göstərir. Odur ki, ATƏT-in Minsk Qrupu ilə yanaşı məsələnin həlli ilə məşğul olan qeyri-ciddi dövlətlər və qurumlar anlamalıdırlar ki, hər an Dağlıq Qarabağda müharibə hər an başlana bilər. Çünki, BMT-nin məlum 4 qətnaməsi heçə sayılırsa, küləklə havaya sovurulursa, ciddi qurum deyilən anlayışan imtina edilməlidir.
Zəka