Azərbaycan Cəbrayıl, Füzuli və Agdamın bir çox kəndləri azad edə bilər

Ermənistan cəbhə bölgəsində və dövlət sərhəddi istiqamətində atəçkəsi pozmaq, diversiya təxribatları həyata keçirməklə, vəziyyəti gərginləşdirməyə və danışıqlar prosesini əngəlləməyə çalışır. “OLAYLAR”-ın xəbərinə gör, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanın bu avantürası rəsmi Kremldən idarə olunur.

Ermənistan cəbhə bölgəsində və dövlət sərhəddi istiqamətində atəçkəsi pozmaq, diversiya təxribatları həyata keçirməklə, vəziyyəti gərginləşdirməyə və danışıqlar prosesini əngəlləməyə çalışır. "OLAYLAR"-ın xəbərinə gör, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanın bu avantürası rəsmi Kremldən idarə olunur. Çünki, Ermənistan rəhbərliyi, Moskvanın bir başa göstəriş və əmrlərini həyata keçirir. Politoloq deyib ki, müdafiə nazirinin ön xəttdə döyüş mövqelərində olması, vəziyyətin gərginliyini göstərir: "Artıq, erməni tərəfi artilleriya və digər texnikalarını cəbhə bölgəsinə gətirib. Bu davəziyyətin daha da gərginləşməsinə səbəb olacaq. Çünki, Azərbaycan bunun qarşısın almaq üçün adekvat addım atacaq". Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycanın Cocuq Mərcanlıda bərpa işlərinin aparmasıYerevan-Kreml tandemini qıcıqlandırır. Lavrovun əmr tonunda Nalbandyanla mətbuat konfransında " münaqişənin həlli istiqamətində güc variantı sülhə zərbə vurur" kimi sözləri Azərbaycanın mümkün hərbi hərəkətliliyinə qarşı deyilən açıqlama idi. Cəbhə bölgəsində gərginlik, belə davam edəcəksə, lokal toqquşmalara gətirib çıxaracağını istisna etmirəm. Azərbaycan əks hücumla Cəbrayıl, Füzuli və Agdamın bir çox kəndləri azad edə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31