Tarix Muzeyində "26-cı ümid"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə tariximizin qanlı səhifəsi olan Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan “26-cı ümid” adlı anım tədbiri keçirilib. Muzeydən “Olaylar” –a  bildirilir ki, tədbirdə Azərbaycan Rəssamlar və Teatr Xadimləri İttifaqının üzvü, rəssam Elşən Sərxanoğlunun eyni adlı triptix formalı rəsm əsərinin təqdimatı olub. Əsəri muzeyə hədiyyə edən  rəssamın "26-cı ümid" adlı triptix formalı rəsm əsəri Muzeyin Konfrans zalında sərgilənir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə tariximizin qanlı səhifəsi olan Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan "26-cı ümid" adlı anım tədbiri keçirilib. Muzeydən "Olaylar" -a  bildirilir ki, tədbirdə Azərbaycan Rəssamlar və Teatr Xadimləri İttifaqının üzvü, rəssam Elşən Sərxanoğlunun eyni adlı triptix formalı rəsm əsərinin təqdimatı olub. Əsəri muzeyə hədiyyə edən  rəssamın "26-cı ümid" adlı triptix formalı rəsm əsəri Muzeyin Konfrans zalında sərgilənir.

Tədbirdə çıxış edən Muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov və Azərbaycan Rəssamlar İttifaqının sənətşünaslıq bölməsinin sədri, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev Xocalı soyqırımının dünyada baş verən digər qətliamlarla bir sırada olduğunu vurğuladılar.

Daha sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları tərəfindən səhnələşdirilmiş "26-cı ümid" kompozisiyasının nümayişi olub.

Sonda xarici jurnalistlərin Xocalı faciəsi ilə bağlı tədqiqatları, bir sıra ölkələrin mətbuatında dərc olunan məqalələr və "İrs - Nasledie" beynəlxalq jurnalının növbəti nömrəsi tədbir iştirakçılarına paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31