Xocalı faciəsinin anım günündə -“İçəri Şəhər”
Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar olaraq “İçəri Şəhər” bədii filmi fevralın 26 – da saat 11:20-də Park Cinema “Flame Towers” kinoteatrında nümayiş etdiriləcək. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
24 Fevral 2017 15:12 Teatr və kinoXocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar olaraq "İçəri Şəhər" bədii filmi fevralın 26 - da saat 11:20-də Park Cinema "Flame Towers" kinoteatrında nümayiş etdiriləcək. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb.
Qeyd edək ki, psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdu.