II Beynəlxalq mahnı müsabiqəsi keçiriləcək

Aprel ayının 21-də Bakı şəhərində Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə “YOUTHVİSİON” II Beynəlxalq mahnı müsabiqəsinin həyata keçirilməsi planlaşdırılır. Bu barədə məlumat “OLAYLAR”-a GİN-in mətbuat katibliyindən daxil olub. Bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd yaradıcı və istedadlı gənclərin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Müsabiqə haqqında məlumatın yerləşdirilməsi və iştirakçıların onlayn qeydiyyatı məqsədi ilə 2016-cı ildə youthvision.az saytı istifadəyə verilib. Müsabiqə 14-35 yaş arası gənclər arasında keçirilir. Müsabiqənin ümümi mükafat fondu 6000 ABŞ dolları təşkil edir.

Aprel ayının 21-də Bakı şəhərində Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə "YOUTHVİSİON" II Beynəlxalq mahnı müsabiqəsinin həyata keçirilməsi planlaşdırılır. Bu barədə məlumat "OLAYLAR"-a GİN-in mətbuat katibliyindən daxil olub. Bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd yaradıcı və istedadlı gənclərin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Müsabiqə haqqında məlumatın yerləşdirilməsi və iştirakçıların onlayn qeydiyyatı məqsədi ilə 2016-cı ildə youthvision.az saytı istifadəyə verilib. Müsabiqə 14-35 yaş arası gənclər arasında keçirilir. Müsabiqənin ümümi mükafat fondu 6000 ABŞ dolları təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31