Milli Məclis Xocalı soyqırımı ilə bağlı qərar qəbul etdi
Oqtay Əsədov: “XX əsrdə ermənilər yüz minlərlə azərbaycanlını qətlə yetirib” Milli Məclisin fevralın 23-də keçirilən plenar iclası Xocalı soyqırımına həsr olunub. Spiker Oqtay Əsədov bildirib ki, 1992-ci il fevralın 25-dən 29-na keçən gecə erməni şovinistləri öz himayardarlarının və havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı soyqrım törədib: “Ötən əsrdə ermənilər yüz minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirib. İrəvan, Göyçə, Zəngəzur və digər yerlərdə qətliamlar törədiblər. Həmçinin Qarabağda əsasız olaraq status əldə ediblər. XX əsrdə Qərbi Azərbaycandan bir milyondan çox insan qovulub”.
24 Fevral 2017 15:50 SiyasətOqtay Əsədov: "XX əsrdə ermənilər yüz minlərlə azərbaycanlını qətlə yetirib"
Milli Məclisin fevralın 23-də keçirilən plenar iclası Xocalı soyqırımına həsr olunub. Spiker Oqtay Əsədov bildirib ki, 1992-ci il fevralın 25-dən 29-na keçən gecə erməni şovinistləri öz himayardarlarının və havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı soyqrım törədib: "Ötən əsrdə ermənilər yüz minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirib. İrəvan, Göyçə, Zəngəzur və digər yerlərdə qətliamlar törədiblər. Həmçinin Qarabağda əsasız olaraq status əldə ediblər. XX əsrdə Qərbi Azərbaycandan bir milyondan çox insan qovulub". Spiker əlavə edib ki, ermənilər Azərbaycan ərzilərinin 20 faizini işğal edib: "Dağlıq Qarabağla yanaşı ətraf rayonlarımızda işğal edilib. Bu işğal siyasəti nəticəsində azərbaycanlılara qarşı bir neçə dəfə soyqrım aktı həyata keçirilib. Qaradağlı kəndində ermənilər 80 nəfər azərbaycanlını işgəncə verərək öldürüb, kənd tamamilə yandırılıb. Xocalı soyqrmı isə bu soyqrımlar içərisində ən dəhşətlisidir". Milli Məclis sədri daha sonra qeyd edib ki, mərhum prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Xocalı soyqrımına hüquqi-siyasi qiymət verilib, bu haqda Azərbaycan Milli Məclisinin qərarı olub. Xocalı soyqrımı ilə bağlı Azərbaycan dövlətinin bir sıra istiqamətdə işlər apardığını qeyd edən spiker xatırladıb ki, bunun nəticəsi olaraq bir sıra ölkələrin parlamenti Xocalıda baş verən dəhşətli cinayəti soyqrım aktı kimi qəbul edib.
Spiker əlavə edib ki, 2003-cü ildən sonra Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə dünyada "Xocalıya Ədalət" kampaniyasına start verilib: "Milli Məclisin deputatlarının da bu məqsədlə fəaliyyəti olub, tədbirlərdə iştirak ediblər". Sonra Vitse-spiker Ziyafət Əsgərov məruzə ilə çıxış edib. Qeyd edib ki, bir neçə saat ərzində silahlı ermənilər və 366-cı motoatıcı alayın əsgərləri Xocalı şəhərini yerlə-yeksan edilərək, 613 nəfər azərbaycanlı amansızcasına qətlə yetirdilər: "Şəhərdən qaçan əliyalın insanlara amansız divan tutuldu. Bədənlərinin əzaları kəsildi, başlarının dəriləri soyuldu. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan da bu amansızlığı yerinə yetirən silahlı birləşmələrdən birinə komandanlıq edirdi". Vitse-spiker bildirib ki, ermənilər bununla Azərbaycanda siyasi xaos və çaşqınlıq yaradıb Dağlıq Qarabağın işğalını sürüətləndirmək istəyirdilər: "Azərbaycana qarşı bu kimi siyasətlər son 200 ildə bir neçə mərhələdə aparılıb. Çar Rusiyası bölgədə öz dayaqlarını möhkəmlətmək üçün İran və Osmanlı ərazilərdində yaşayan erməniləri işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirdi. Ümumilikdə ayrı-ayrı mərhələlərdə bu ölkələrdən Azərbaycana 1 milyondan çox erməni köçürüldü. Bu, Çar Rusiyasının imperiya maraqlarına xidmət edirdi. Azərbaycan ərazilərində möhkəmlənən ermənilər torpaqlarımızı işğal edərək, öz şovinist, separatçı məqsədlərini həyata keçirməyə başladılar. Bu niyyətlə də ayrı-ayrı tarixlərdə Gəncə, Bakı, Quba və digər şəhər, kəndlərdə azərbaycanlılara qarşı soyqırım həyata keçirdilər. Ermənilər azərbaycanlılarla yanaşı yəhudiləri də soyqırıma məruz qoydular. Amma Sovet dönəmində ermənilər cəzasız qaldılar".Vitse-spiker əlavə edib ki, Azərbaycan dövləti Xocalı soyqrımını bütün dünyaya tanıtmaq yolunu tutub: "Artıq bird aha Xocalı soyqrımı kimi halların baş verməməsi üçün Azərbaycan mühüm tədbirlər həyata keçirib. Bu gün Azərbaycan Ordusunun büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Ötən ilin aprelində düşmənə ciddi zərbə vurulub. Ancaq biz sülh imkanlarının tükənmədiyini düşünürük. BMT-nin 4 qətnaməsində işğal edilən ərazilərimizdən silahlı ermənilərin dərhal tərk edilməsi tələbi qoyulur. Bu sənədlər münaqişənin həlli prosesinin əsasını təşkil edir". Ardınca Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Milli Məclisinin qərar layihəsi oxunub. Sənəddə deyilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının Milli Məclisin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırımı (genosid) cinayəti kimi qiymətləndirilməsi bir daha təsdiq edilsin. Qərarda Milli Məclis deputatlarına bir vəzifə olaraq tapşırılıb ki, xarici ölkələrə səfərlər zamanı, o cümlədən beynəlxalq təşkilatıların tədbirlərində iştirak edərkən son yüz ildən artıq dövrdə azərbaycanlıların məruz qaldıqları sıyqırımı aktları, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər, bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqədar üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə etsinlər. Hüquq mühafizə orqanlarına tövsiyə olunub ki, Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması üçün görülən tədbirləri davam etdirsinlər. Layihədə həmçinin müvafiq dövlət və qeyri-hökumət qurumlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına tövsiyə edilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər: "Xarici ölkələrin parlamentlərinə, beynəlxalq parlament təşkilatlarına müraciət edilsin ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınını soyqırımı cinayəti kimi tanısınlar". Müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva Şəhidlər Xiyabanında Xocalı abidəsi qoyulmasını təklif edib. Qeyd edib ki, Azərbaycana qonaq gələn rəsmi və ya qeyri-rəsmi nümayəndələr Şəhidlər Xiyabanını ziyarət edir: "Ona görə də orada bir abidə qoyulsa, yaxud ayrıca soyqırımla bağlı muzey ya da informasiya mərkəzi yaradılsa yaxşı olardı.Belə olan halda ölkəmizin həqiqətlərini daha geniş miqyasda tanıda bilərik. Həmçinin biz artıq soyqırımla bağlı bir film çəkib nümayiş etdirməliyik. Yəhudilər "Pianist" filmi öz məruz qaldıqları hadisələri filmin gücüylə dünyaya nümayiş etdirə biliblər". Millət vəkili Fəzail Ağamalı qəbul edilməsi nəzərdə tutulan qərar layihəsinə Kəlbəcər rayonunun Ağdaban kəndində törədilmiş faciənin də salınmasını təklifi edib. Millət vəkili bildirib ki, 1992-ci ildə Xocalı faciəsindən az sonra törədilmiş Ağdaban façiəsi öz dəhşətlərinə və miqyasına görə, sözügedən soyqırımından geri qlımır. "Ağdabanda da ermənilər tərəfindən törədilən faciə Xocalı soyqırımı qədər dəhşətli faciədir. Ona görə də təklif edirəm ki, qərar layihəsinə Ağdaban faiəsi də salınsın. Bundan başqa, Barxudarlı, Sofulu, Bağanis Ayrım kəndlərində törədilən facilər də qərar layihəsinə əlavə edilsin". Müzakirələrdən sonra qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Alim